Uşaqla dost olun

0
1834
Uşaqla dost olun

Təxirəsalma xəstəliyi – gülünc səslənir, elə deyilmi? Həyatımızın bir çox hallarında simptomlarına rastlayırıq. Bunlara – sonra edərəm, sabah gedərəm, gələn həftədən başlayaram, bir az rahatlayım edərəm, başqaları etsin edərəm və s. bunun kimi bir çox fikirlər aiddir. Bəzən elə bir hədəfimiz və ya görülməli elə bir işimiz olur ki, bu xəstəlik bizi əməlli dala salır. Ya zamanımız əldən gedir, ya da fürsət. Atalar vaxtında yaxşı deyib: “Bugünün işini sabaha qoyma!”.  Bəs niyə və necə olur ki, bu xəstəliyə tutuluruq? Əslində çox rahatlıqla.. Təxirəsalma xəstəliyi çox hiyləgərcəsinə və eyni zamanda çox səssizcə gələn bir xəstəlikdir. Biz fərqində olmadan buna yoluxa bilirik. Əgər uzun zaman ancaq eyni işləri görürüksə, əmin olun, tezliklə xəstəliyin bizi necə öz himayəsinə aldığını görəciyik. Sadə bir misal, hər gün yemək normanızı biraz daha artıraraq mədənizi böyüdə və nəticədə aşırı yeyərək kökəlməyə başlayacaqsınız. Bu elə səssizcə baş verəcək ki, ruhunuz belə inciməyəcək.
 
Həyatımız bizim əllərimizdədir. Bunu əminəm ki, çox eşitmisiz. Hətta artıq bu fikrə əhəmiyyət belə verməyənlər var. Ancaq gəlin bir düşünək...bugun biz nə üçün varıq? Nələrisə etmək və ya etməmək,nəyə necə faydalı ola biləcəyini özümüz daha yaxşı bilirik. Bizi hərəkətə gətirən bizim ehtiyaclarımızdır. Bu ehtiyacları yaradan arzularımızdır. Arzular bizlə yaşlanacaq qədər gücsüzdür. Onu hədəfə keçirib reallaşdırmaq bizim verəcəyimiz qərar, atacağımız addımdan asılıdır. Addım sözünün özü bir hərəkətdir. Hal-hazırda olduğumuz vəziyyətdən bir addım ataraq kənarlaşdıqda daha rahat və aydın hər bir əksikliyi, artıqlığı görə bilərik. Təxirə saldığımız hər bir an bizə qarşı işləyir. Elə indicə hərəkətsiz və hec nə düşünmədən 2 dəqiqə saatınıza baxın. Saniyələrin necə tələsdiyini, dəqiqənin necə keçdiyini görəcəksiniz. Biz heç bir şey etməsək də zaman gedir. Fərqində olmadan zaman bizdən uzaqlaşır. Hələ də yerimizdə saymaqda davam edirik. Məgər bunun bizi necə gecikdirdiyinin fərqində deyilik? Niyə bir addım atmağa qərar verməyimizi də təxirə salırıq? 
 
Bəli, fərqində deyilik.. Bizə verilən fürsətləri görməyəcək qədər “beyin gözümüz” bağlanıb. Bugun təxirə saldığmız hər bir şey gün keçdikcə, necəki xırda qar topasının dağdan aşağı fırlanaraq böyüməsi kimi gözümüzdə böyüyür. 
 
Münasib zamanı gözləməyin, o, artıq gəlib. Nəfəs aldığımız hər an bizə verilən bir şansdır. Bu şansı dəyərləndirmək bizim əlimizdədir. Ümidinizi itirdiyiniz an təxirəsalma xəstəliyinin sizi bitirdiyi andır. Hər kəsə həyatının fərqində olmağı diləyirəm.
 
Tamara Əliyeva 
Yaşam Koçu
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN