Zamanı Sən Idarə Et!

0
2439
Zamanı Sən Idarə Et!

Zamanı necə idarə edək? Siz də zamanın idarə olunması ilə bağlı problem yaşayırsınızsa, o zaman bu xəbər tam sizə görədir!

Zamanı doğru istifadə etmək, bir çox işinizi daha qısa müddətdə bitirmənizi və zehni olaraq özünüzü daha yaxşı hiss etmənizi təmin edir. Çünki zamanı doğru istifadə edən kəslər, özlərini həyata qarşı daha müvəffəqiyyətli hiss edir və xoşbəxt olur. Dayandırılması və yavaşladılması mümkün olmayan zamanı doğru şəkildə istifadə etmək üçün “zaman rəhbərliyi”nin öyrənilməsi lazımdır. Zaman rəhbərliyinin reallaşdırılması üçün adamın zehni olaraq hazır olması şərtdir. Bunu isə adamın özünə etibarı, bacarma istəyi, mübarizə əzmi, lazımlı məlumatlara sahib olması, tətbiqdə davamlılığa inanması kimi ünsürlər təyin edir.

Zaman rəhbərliyinə necə başlanmalı?

Zamanı doğru şəkildə istifadə etmək istəyən adamın həyata, “Mən nə olmaq istəyirəm? Hansı sahələr marağımı çəkir? və s.” suallar soruşması, işi üçün isə “Hansı işlərdən zövq alıram? Necə motivasiya olaram? və s.” sualları özünə verməsi lazımdır.

Zamanınızı haralara xərclədiyinizi təyin etməlisiniz. Bunun üçün bir ay müddətlə hər gün, yarım saatda bir edilmiş bütün işlərinizi yazın. Bu darıxdırıcı və sıxıcı ola bilər, ancaq zamanınızın necə xərcləndiyi mövzusunda sizə əhəmiyyətli ip ucları verəcək.

İdarə edə bildiyiniz 60% zamanı planlayın. Bu planı, illik, aylıq, həftəlik və gündəlik olaraq mütləq yazılı edin. Beləcə başınızdakı zaman planını unutmaz və zehininizin məşğuliyyətini azalda bilərsiniz. Ayrıca bu taktika konsentrasiyanızın artmasına da köməkçi olacaq, fəaliyyət arxivinizin meydana çıxmasını təmin edəcək.

İşlərinizi əhəmiyyət sırasına görə sıralayın. Bunu edərkən, ABC analizininə müraciət edə bilərsiniz (ən vacibələri A, orta əhəmiyyətli B, az C).

Eyni anda yalnız tək bir işi görməyə çalışın və bu işi yarımçıq buraxmadan bitirin.

Özünüzü 10 il sonra harada görmək istədiyinizi təyin edin. İşinizi, evinizi, ailənizi necə və hansı nöqtədə görmək istəyinizi xəyal edin və bu xəyallara çatmaq üçün hər gün bir şey edin.

“Bilmirəm”, “kömək istəyirəm”, “səhv etdim” kimi sözləri gün içində istifadə edin. Bir mövzunu bilməmək, kömək istəmək ya da səhvinizi qəbul edib doğrusunu öyrənmək sizi daha irəliyə aparar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN