Zamanın Qədrini Bil!

0
3702
Zamanın Qədrini Bil!

Fərz edin ki, hər səhər hesabınıza 86400  Amerikan dolları kredit verən bir bankınız var, amma bir gündən digərinə heç saldo dövr etmir. Məbləği nə olursa olsun, istifadə etmədiyiniz saldo miqdarı hər axşam ləğv edilir. Belə bir vəziyyətdə nə edərdiniz? Təbii ki son qəpiyinə qədər çəkərdim!

Əslində, hamımızın belə bir bankı var. Adı: ZAMANdı! Hər səhər isə, yaxşı şeylərə investisiya etmədiyiniz qisimini silib, hesabınıza zərər yazır. Heç dövr etmir. Kredit miqdarından bir qəpik çox istifadə etmək olmur. Hər gün sizə yeni bir hesab açır. Hər axşam günün Balansını yandırır. Siz gündəlik depozitolarınızı istifadə etmədinizsə, bu zərər sizindir. Geriyə dönüş yoxdur. Bugünü bugünki depozitinizlə yaşamalısınız. Ona investisiya edin ki, sizə sağlamlıq, xoşbəxtlik və müvəffəqiyyət olaraq geri qayıtsın. Zaman axıb gedir, gününüzü gün etməyə baxın!

BİR ilinin dəyərini anlaya bilmək üçün sinifdə qalan bir şagirdən soruşun.

Bir ayın dəyərini anlaya bilmək üçün premature bir körpəni dünyaya gətirən anadan soruşun.

Bir həftənin dəyərini anlaya bilmək üçün həftəlik jurnalın redaktorundan soruşun.

Bir dəqiqənin dəyərini anlaya bilmək üçün qatara  çata bilməyən bir adamdan soruşun.

Bir saniyənin dəyərini anlaya bilmək üçün bir qəzadan son anda xilas olmuş  adamdan soruşun.

Bir millisaniyənin dəyərini anlaya bilmək üçün olimpiadalarda gümüş medal qazanan adamdan soruşun.

Sahib olduğunuz hər anı qiymətləndirin. Daha çox dəyər verin, çünki onu çox xüsusi biriylə, zamanını xərcləməyə dəyəcək qədər xüsusi biriylə paylaşdıq. Bunu unutmayın ki, zaman heç kimsəni gözləməz. Dünən artıq keçmişdə qaldı. Sabah isə müəmmalıdı. Bu gün isə əlimizin içində bizə təqdim edilmiş bir hədiyyədir. 

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN