Yaxşı ailə olmağın 10 qaydası

0
2497
 Yaxşı ailə olmağın 10 qaydası

Xoşbəxt və sağlam bir ailə üçün təkliflər...


Ailə üçbucağının bir ayağını ana, digər ayağını ata meydana gətirir. Uşaq isə bu üçbucağın iki ayağının varlığıyla özünü etibarlı hiss edir.

1 - Yeməyi birlikdə yeyin.
Ailələrin birlikdə yemək yeməsi ailə bağlarını gücləndirir. Yemək yeyərkən televizoru söndürün, mobil telefonlarınızı da masadan uzaqlaşdırın.

2 - Ailənizlə çölə çıxın
Uşaqlarınıza qulaq asın və onlarla çölə çıxın. Gəzinti zamanı söhbət edib onların problemlərini dinləyin.

3 - Uşağınızın məktəb həyatına dəstək verin
Hər cür hərəkətini izləyib məhdudlaşdırmadan uşağınızın məktəb həyatıyla maraqlanın. Onların tapşırıqları, problem və aldığı qiymətlərlə bağlı söhbət edin. Zəif qiymətlərə görə mühakimə etməyin.

4 – Riskə getmələrini təmin edin
Məktəblərdə riskə getməyimizə maneə törədən faktorlar var. Ağaca dırmaşmaq kimi. Lakin əsl təhlükə uşaqları riskə getmədən yaşamalarını təmin etməkdir.

5 - İnternetə girdiyi saatlara nəzarət edin
Uşaqlarınızın sadəcə evdən hava qaralandan sonra çıxmalarını maneə törətməklə qalmayıb, internetə də çox gec saatlarda girməsinə də nəzarət edin.

6 - Həyata müsbət yaxınlaşın
Onlar mediadakı mənfi xəbərləri bizim kimi qəbul edə bilmirlər. Ailələr onları mənfi duyğulara istiqamətləndirmək yerinə, həyata müsbət baxmağını təmin etməlidir.

7 - Uşağınızın məktəbinə güvənin
Hamımız uşaqlarımızın mükəmməl bir təhsil almağını istəyirik və bunun üçün ən yaxşı məktəblərə göndərmək istəyirik. Təhsil mərkəzlərinə güvənmək məcburiyyətindəyik.

8 - Bu il ailəvi hədəfinizi təyin edin
Hər ilin əvvəlində ailə üzvlərinizlə daha yaxşı bir il keçirmək üçün həmin ilki hədəflərinizi təyin edin.

9 - Həm avtoritar olun, həm də olmayın
Uşaqlara yol göstərərkən onları təhqir edib, “mən dediyim üçün edəcəksən” kimi əmrlər verməyin.

10 - Öz uşaqlığınızı xatırlayın
Uşaqlığınızı onların uşaqlığı ilə müqayisə etməyin.
 

ŞƏRH YAZIN