Ağ gəlinliyin sirri

0
3708
Ağ gəlinliyin sirri

 Gəlin niyə məhz ağ rəng olduğunu bilirsinizmi? Buradan belə bir çoxunuzun yox dediyini eşitmiş kimiyik. O zaman sizə yardımçı olaq...


Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə, gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi.

Ağ gəlinliyin dəbə düşməsi XVI yüzillikdə olub. Bu illərdə kral ailələrində gəlinlərin gümüşü rəngdə gəlinlik geyinməsi ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlinlik geyinməkdə israr etdi. Bundan sonra İngilis və Fransız yazıçılar bəyaz rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik yayıldı.

Ərə gedərkən ağ geyinmək gənc qızların bakirəliliyini cəmiyyətə elan etmə vasitəsi oldu.

Gəlinliklə bağlı bəzi inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan qabaq onu gəlinlikdə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir.

Söz evlilikdən açılmışkən nişan üzüyündən də bəhs edək. İnsanların evlənməmişdən əvvəl üzük taxmaqları qədim Misir inancalarına dayanır. Miladdan 2800 il əvvəl Misirdə yaşananlar dairənin və ya halqa şəklindəki cisimlərin başlanğıc və bitik nöqtələrinin olmaması səbəbi ilə sonsuz sevgini təmsil etdiyinə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edəcəyinin simvoludu.

Sonra bu inanc və adət romalılar tərəfindən geniş yayıldı. Arxeoloji qazıntılarda belə üzüklərə çox rast gəlinib.

Nişan üzüyünün sol ələ və sonradan başqa ələ taxılmasının səbəbi isə modern tibbin inkişafından öncəki dövrlərə aiddir. O zamanlarda qan dövranı sistemindəki ana damarın sol əlimizdə bu barmaqdan başalyıb qəlbimizə getdiyi zənn edilirdi. Bura taxılan üzük sevənlərin bir qəlbə bağlılığını göstərir.

ŞƏRH YAZIN