Evlənməyə hazırlaşan gənclərə tövsiyyələr!

0
2523
Evlənməyə hazırlaşan gənclərə tövsiyyələr!

 Uzun və xoşbəxt evlilik yəqin ki, bütün gənclərin arzusudur. Bəs evliliyin ömrünü necə uzatmalı və necə xoşbəxt olmalı, bilirsinizmi? Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi Ailə və Toplum xidmətləri idarəsi ilə evlənməyə hazırlaşan gənclər üçün kitabça hazırlayıb. Kitabçada xoşbəxt evliliyin 10 sirri sıralanıb.

 
Diqqət - qarşısındakinin düşüncələrini anlamaq, onun maraq dairəsinə nəzrə salmaq lazımdır. 
 
Qəbul - qarşınızdakının səssiz verdiyi önəmli mesajlara hazır olun və qəbul edin
 
Minnətdarlıq və tərif - həyat yoldaşınıza qarşı duyduğunuz minnətdarlığı sözlərinizlə,davraşınızla nümayiş etdirin 
 
Dəstək - hər hansı problem,çətinlik qarşısında həyat yoldaşınızın yanında olun və ona dəstək verib
 
Cəsarətləndirmə - məqsədinə çatmaq üçün ona dəstək verin, təşviq edin
 
Təqdir - təqdiri nümayiş etdirmək, müsbət düşünmək və danışmaq lazımdır 
 
Sevgi və şəfqət - bir birinizə şəfqətlə yanaıan və fiziki təmas içərisində olun
 
Təhlükəsizlik və hüzur - əlaqələrinizdə qarşılıqlı anlaşma nümayiş etdirin. Çalışın heç birinizin zərər görməyəcəyinizə əmin olun. 
 
Ovutma və simpatiya - istifadə etdiyiniz sözlərlə, hərəkətinizlə onu anladığınıza,yanında olduğunuza əmin edin. 
 
Hörmət - qarşınızdakına verdiyiniz dəyəri ifadə edin. Evlilikdə hörmət sevgi qədər önəmlidir. 

Evlilik münasibətlərinin daha da dərinləşməsi üçün hər gün həyat yoldaşınızla azı 10 dəqiqiə söhbət edin. Bu zaman kəsiyində birlikdə etməyi xoşladığınız işləri görün. Sadəcə ikinizə aid olan bu dəqiqiələrin dadını çıxarın. Ərinizi və ya arvadınıza psixoloji dəstəyini çox vacibdir. Bunu təmin etmək üçün hər gün azı ona heç olmasa bir dəfə komplement deyin, tərifləyin, uğurlarını təqdir edin. 
 
Kitabda uzun bir evliliyin 10 sirri kimi bağlılıq, etibar, səbr, hörmət, şəfqət, anlayış, fədakarlıq, bağışlamaq, məsuliyyət göslənilib.

ŞƏRH YAZIN