Evliliyinizin 10-Cu İlində Daha Diqqətli Olun

0
1765
Evliliyinizin 10-Cu İlində Daha Diqqətli Olun

Xoşbəxt cütlüklər evliliklərinin 10-cu ilində daha diqqətli olmalıdır.Amerikada aparılan bir araşdırmaya görə,evliliyin 10-cu ili cütlüklərin münasibət boyunca özlərini ən bədbəxt hiss etdikləri dövrdür.
Belə ki,ABŞ-ın Brigham Young Universitetinin psixoloqlarının apardığı araşdırmaya əsasən, evliliyin ən təhlükəli dövrü bir çoxlarının düşündüyü kimi münasibətin 7-ci deyil,10-cu ilidir.
Araşdırmada iştirak edən qadınlar 30 ildən çoxdur ki,evli olanlar arasından seçilib.Onlara evlilikləri,münasibətləri ilə bağlı verilən suallar və edilən psixoloji testlər bu qənaətə gəlməyə əsas verib: qadınların evlilikləri ilə bağlı əsas şikayətləri evliliyin 10-cu ilindən sonra başlayır.Bu müddətdən sonra onlar həyat yoldaşları ilə tez-tez mübahisə etməkdən şikayətlənirlər.
Ən maraqlı tərəfi isə bu fikirdə olan qadınların demək olar ki,hamısı həyat yoldaşları ilə sevərək evləndiklərini və evliliklərinin ilk illərini olduqca xoşbəxt yaşadıqlarını qeyd ediblər.10-cu ildən sonra həyat yoldaşları ilə münasibətlərinin korlandığını deyən qadınlar eyni zamanda onu da bildiriblər ki,evliliyin 15-ci ilindən sonra münasibətləri əvvəlki qaydasına düşməyə başlayıb.

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN