Davranışından sevgisini anlayın!

0
1905
Davranışından sevgisini anlayın!

 Bəzi qadınlar sevsə belə, sevdikləri qadına hiss etdirməməyə çalışar. Hisslərini gizli saxlamağa çalışar. Amma onların davranışlarından siz hiss edə bilərsiniz. Aşağıdakı davranışları edirsə, deməli, əks cinsin nümayəndəsi sizə aşiq olub.


Vurulan kişilər necə davranır? 
 
Aşiq olduğu qadının yanında olarkən, boş-boş danışmağa başlayır. Rahat və sərbəst şəkildə cümlə qura bilməz, mənasız zarafatlar edər. Adətən bu zarafatların heç biri gülməli olmaz. 

Sevdiyi qadını dostlarına kraliça və bənzərsiz gözəl kimi təqdim edər. Onun bu hərəkəti isə dostlarını ciddi şəkildə qıcıqlandırar.

Sevən kişilər boş məşğuliyyətlər tapar və mənasız işlər görər. Bunun fərqində olduğu zaman isə “Mən nə edirəm” deyər və özünə gələr. 

Aşiq olduğu qadın onun sevgisinə cavab veribsə, kişilər daha çılğın olur. Sevindiyidən nə edəcəyini bilmir və özünə nəzarəti itirir. Bunlar isə münasibətlərdə və iki insan arasında müəyyən problemlərə yol aça bilər. 

Sevdiyi qadının ətrafındakı bütün kişilərə qıcıq hissi duyar və bunu hər fürsətdə dilə gətirər.

Qadınlarda da olduğu kimi kişilər də zaman-zaman qısqanclıqlarını sərgiləyirlər. Bəzən isə bərpa edilməsi mükün olmayan sözlər deyər və hərəkətlər edərlər. Belə vaxtlarda kişilər çox sıxıcı və aqressiv olurlar. 

Melanxolik bir vəziyyətə düşərlər. Kişilər sevən zaman birdən-birə dəyişir və duyğusal anlar yaşayar. 

Daha az yeyər və aşırı dərəcədə kilo itirər. 

Bəzi davranışları düşünmədən etdiyinə görə, peşman olar. Sevdiyi qadınla problemləri böyükdürsə, bir kənara çəkilib gizli-gizli ağlayar. 

Sevdiyi qadın onu tərk edən zaman isə depressiyaya düşər və evdən bayıra çıxmaz. Lakin bir müddət sonra unutmaq üçün hər gün bir qadınla görüşər. Yəni, təsəllini başqa qadınlarda axtarar.

ŞƏRH YAZIN