Gələcək Qaynananızla Yaxşı Münasibət Üçün ....

0
2034
Gələcək Qaynananızla Yaxşı Münasibət Üçün ....

Bir az səy göstərin.

İlk qarşılaşmanız olsa belə həyəcanınızı bir kənara qoymalısınız, arxanıza söykənib bütün danışığı sevgilinizin etməsini gözləyə bilməzsiniz. Hazır oradaykən, sizi tanımasına icazə verməlisiniz. Çünki siz oğlunun daşıdığı bir aksessuar deyilsiniz. Səy göstərmək hörmət etdiyinizi də göstərər. Danışın, suallar verin və hətta diqqətinizi çəkməsə belə maraqlanırmış kimi edin. Ən əhəmiyyətlisi isə bol-bol gülümsəyin.

Kömək təklif edin.

Masanı hazırlamanıza ya da qab-qacaqlara kömək etmənizə icazə verməsə belə, sizin yenə də təklif etməniz hər vaxt yerində olacaq. Nəzakətli bir tutumdur bu və bunu təklif etmək xərclədiyi səyin fərqində olduğunuzu göstərər. Üstəlik gələcəkdə qurulması ola biləcək bir gəlin-qayınana əlaqəsi üçün də gözəl toxumlar atacaq. Amma soruşmadan masanı toplamaya ya da qab-qacaqlara girişməyə qalxmamalısınız, sərhədlərinizi aşdığınızı düşünməsini istəməzsiniz.

Onun üçün bir şey gətirin.

Mütləq bir şey satın almanıza ehtiyac yoxdur, amma sevgilinizə anasının nə sevdiyini soruşmalı və ya ən sevdiyi çiçək ilə görüşə qatılmalısınız. Qətiliklə əli boş getməyin.

Təqibçi olun.

Ailəsi ilə yediyiniz yeməkdən bir neçə gün sonra, bir e-mail ya da qeydlə təşəkkür etməyi və gecənin nə qədər gözəl keçdiyini ifadə etməyə laqeyd yanaşmayın. Qonaqpərvərlikləri üçün təşəkkür edib, onları daha yaxından tanımaq üçün səbirsizləndiyinizi ifadə edə bilərsiniz.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN