Qadınlar hisslərini çox gözəl ifadə edər və çox zaman da hisslərini gizləməz. Amma kişilər elə deyil. Onlar sevgilərini nə ifadə edərlər, nə də bəlli. Bəs niyə? Mütəxəssislər müasir kişilərin hisslərini gizlətməsinin bir neçə səbəblərini açıqlayıb.
Kişilərin hisslərini açıq şəkildə etiraf etməməyinin əsas səbəbi bir qadına tam bağlanıb, azadlığını itirmək istəməməsidir. Bundan başqa müasir kişilər üçün tanışlıq və seçimlər çoxdur. Kişi fikrini dəyişə bilər ehtimalını düşünür və sevgisini tam hiss etdirmir. Təbii ki, bütün kişilər belə deyil. Əsl sevgini gizlətmək qeyri-mümkündür.
Kişilər hər şeyi qapalı edir. Hissləri də bu kateqoriyaya daxildir.
Kişilər qadınlar tərəfindən rədd edilməyə alışıblar. Bu səbəblə də, hisslərini dilə gətirmir və qorxurlar. Başlanğıcda kişilər məntiqli olur və duyğysallığa qapılmır. Duyğusal olmağı zəiflik hesab edirlər. Çərşənbə axşamı öz-özünə “Ona çərşənbə günü zəng edəcəyimi düşnürəm” deyir. Bir çox kişilərin qadının ona çərşənbə günü deyil, başqa bir gün ethyacı olduğunu ağlına gətirmir. Elə isə niyə belə davranırlar? Bunu, “özlərini qorumaq və vəziyyəti nəzərət altında saxlamaq üçün edirlər”.
Kişilərin niyə olduqlarından daha sərt davranır? Kişilərin görüşdüyü başqa qadınlar olmasa da, qadınların kişilərin başqa seçimləri olduğunu düşünməyini istəyir. Bu səbəbdən də hərəkətlərini şişirdirlər. Çünki özlərini daha cəbledici göstərmək istəyirlər. Bu halda qadınların onları daha yaraşıqlı və cəbldici gördüyünü fikirləşirlər.
Kişilər bir qadının onun üzərində nəzarət etməyinə nifrət edir.
Başlanğıcda qıza tez-tez mesaj yazıb zəng edə bilər. Çünki qıza qarşı hisslərini göstərməyin ən yaxşı yolu budur.
Kişilər də qadınlar qədər duyğusal olur. Bunu göstərməmələrinin səbəbi isə insanların onlardan belə hərəkət gözləmədiyini düşünmələdir. Bir kişi kimi özünə nəzarət etməyi bacaran görünməlidirlər.
Qadının diqqət göstərməməsi kişiləri qorxuda bilər. Qadınlar bəzi davranışları ilə əzə bilərlər. Lakin bunun fərqində olmazlar. Qəflətən kişini tərk edib gedən qadın… kişini dərin kədərə bürüyər.
Kişilər bir qadını həqiqətən də çox bəyənibsə, bunu ciddi-cəhdlə gizlətməyə çalışır. Çox az kişi hisslərini etiraf edir və ya qadın qarşısında ağlaya bilir.
Kişilər hesab edir ki, qadınlar qüsursuz bir insanla münasibət qurmaq istəyir. Qadınların kişiləri bəyənməsini istəyirlər. Lakin bunu açıq şəkildə hiss etmələrini istəmirlər. Hər dəfə diqqət göstərilsə, qadınların onlara şans verməyəcəyini düşünürlər.
Münasibətlər qaydasına düşdükdən sonra qadına tez-tez zəng edib maraqlanmamağının əsas səbəbi onun diqqətini öz üzrəində hiss etməyi istəməsidir. Heç bir kişi ümidsiz görünmək istəməz.
Kişilər bunu qadının xoşuna gəlmək üçün edir. Kişilər qadınların pis və avara oğlanlardan xoşu gəldiyini düşündüyü üçün diqqətsiz davranırlar.
Zəif görünən qadından hər bir kişi öz məqsədi üçün istifadə edəcək. Eləcə də kişilər çox açıq və səmimi davrandıqları halda qadınların ondan istifadə edəcəyini düşünür.