Beyninizi Sakitləşdirin!

0
2589
Beyninizi Sakitləşdirin!

Bu gün beyni sakit insanla qarşılaşmaq müşkül məsələyə çevrilib. XXI əsri bütünlüklə öz cənginə alan kompüter insan beynini məhv etməkdədir. Bu gün kompüterlə işləyən, dolayısı ilə ondan istifadə edən insanlar ən çox zehni yorğunluqdan əziyyət çəkirlər. Zehni yorğunluğu, beyindəki narahatlığı artıran digər amillər isə psixoloji təsirlərdir.
Bütün dövrlərdə ən vacib insan nailiyyəti sakit beyin olub. Sakit beyin insanın uğur və nailiyyətlərinin açarıdır. Məhz sakit beyinə sahiblənən insan özünüidarə mexanizmini düzgün və rahat şəkildə həyata keçirə bilər. Rahat beyinə sahib olmağın bir neçə üsulunu təqdim edirik:

1. Bəzən haqlı olub-olmadığını düşünmək insan beyninə neqativ enerji yükləyir. Bu düşüncədən daşının. Haqsız olduğunuzu o qədər də böyük faciə adlandırmayıb, haqlı olduğunuza qəhrəmanlıq donu geyindirməyin. Hər ikisini sadəcə beyninizdən silin.
2. Daxili rahatlıq və beyin sakitliyini pozan ən pis element özünü günahlandırmaqdır. Birdəfəlik bilin-keçmişiniz böyük bir qəbiristanlıq, günahlarınız isə orada yatan ölülərdir. Günahları gələcəkdə etməmək haqqında fikirləşin. Keçmişdə niyə elə etdim deyə düşünməyin. Çünki ölü dirilmir.
3. Özünüzə bəraət qazandırın. Bəli, bəli, özünüzdən ibarət bir "əfv komissiyası” tərtib edin və yeganə müttəhim hesab etdiyiniz özünüzü azadlığa çıxarın. Azadlığa çıxın ki, beyniniz sakit olsun. 
4. Bağışlayın. Çox yox, yalnız bircə dəfə bunu edin və sakitləşin. Düşünün ki, başqasını bağışlamaq beyniniz üçün böyük hədiyyədir. Nə olar ki, bir dəfə də 24 saat dayanmadan işləyən beyninizə "bayram payı” verəsiz?!
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN