Kişilərin sevdiyi qadınlar ...

0
4075
Kişilərin sevdiyi qadınlar ...

 Kişilər necə xanımları bəyənir, hansılarına daha çox maraq göstərir, bilirsinizmi?


Ümumiləşdirmələrə görə, hər kişi mükəmməl fiziki quruluşu olan, diqqət çəkici qadınları bəyənirlər. Ancaq edilən araşdırmalara görə çox ümumiləşdirmə yanlışmış.

Təbii ki, kişilər hələdə fiziki quruluşa diqqət edir, amma bu sizin özünüzü modellərlə müqayisə etmək lazım olduğunuz mənasını vermir. Kişilərin istədikləri bir çox şey var, amma əsl əhəmiyyətli olan nələri istəmədikləridir. Kişilərin, qadınlarda nifrət etdiyi 5 xüsusiyyət var.

1) Avtoritar
 
Güclü və öz ayaqları üzərində dayanan qadınlar, kişilərin çoxunu qorxudar. Amma həddindən artıq avtoritar və idarə etməni sevən qadınlar, kişilər üçün sevimsiz və heyecansızdırlar.
 
2) Gəlincik kimi olan qadınlar
 
Kişilər, onların zarafatına gülən, hərəkətli qadınlardan xoşlanır. Ən nifrət etdikləri şey yanlarında oyuncaq körpə kimi oturan səsi nəfəsi çıxmayan qadındır.
 
3) Yalnız dost
 
Sevgiliniz ilə yoldaş olmağınız gözəl bir şeydir, ancaq sevgili hissəsini unutsanız darıxdırıcı olmağa başlayır. Kişilər, qadınlıqlarını unudan qadınlardan xoşlanmazlar. Buna görə yanlarında pis sözlər danışmağınız və kişi kimi davranmağınız itələyici gəlir.
 
4) Şəhzadə
 
Yüksək səviyyədə yaşamaq istəkləri olan, davamlı şikayət edən və rahatlığa həddindən artıq düşgün olan qadınlar, kişilər üçün çəkici deyillər. Hər qadın özünü şəhzadə kimi hiss etməlidir, amma həqiqətən şəhzadə olduğuna inanması qıcıqlandırıcı ola bilər.
 
5) Çürükçü
 
Bu tərz qadınlar, kişilər üçün yorucudurlar. Dayanmadan bir şeyi ağıllarına salıb və saatlarla bunun haqqında fikirləşirlər. Kişilər bu tərz qadınları kompleksli və bezdirici olduğunu söyləyir.

ŞƏRH YAZIN