Mənalı Bir Hekayə: Bir Düyü Dənəsi

0
5512
Mənalı Bir Hekayə: Bir Düyü Dənəsi

Mən beş yaşında idim. Rəhmətlik nənəm düyü təmizləyirdi. Bir dənəsi yerə düşdü. Nənəm əyildi və axtarmağa başladı. Sağa-sola baxır, tapmağa çalışırdı. Uşaqlıq budur, "ehh nənə"dedim . "Bir düyü dənəsi üçün bu qədər çalışmağa, yorulmağa dəyər?

Rəhmətlik ilk dəfə sərtləşdi mənə qarşı, əsəblə ayağa qalxdı.
"Oturduğun yerdən danışmaq asandır" dedi. "Heç düyü istehsal olunarkən gördünmü? İnsanlar nə qədər çətinlik çəkirlər. Bir düyü dənəsində neçə insanın gözünün nuru, alın təri, əməyi var bilirsənmi?" 
Utandığımdan qıpqırmızı olmuşdum.Üstündən illər keçdi. Hüquq fakültəsində tələbəyəm.
Alain`in məqalələrini oxuyuram. Birdən diksindim.Nənəmi xatırladım. Alain bir insan yerdə bir iynə görüb və əyilib almazsa bütün sivilizasiyaya qarşı xəyanət etmiş olar, deyirdi.On doqquz il əvvəl idi. Stockholma getmişdim. Bir otelə endim. Gecə idi. Səhər hamama gedəndə güzgünün yanında maraqlı bir bildiriş gördüm. Zəhmət olmasa traşdan sonra ülgücünüzü zibil qabına atmayın. Yanınızda bir qutu var, ora atın. Bir ülgüclə belə İsveç polad sənayesinə köməkçi olun.Düzü məəttəl qaldım. Uşaqlığımdan bəri polad əşya deyilən kimi ağıla İsveç poladı gəlir. Bir çox əşyanın üzərində "İsveç poladından hazırlanmışdır" deyə yazılardı. Budur o ölkə istifadə edilmiş tək bir kiçik ülgücün belə zibilliyə getməsini istəmir, ona sahib çıxır, gələn turistlərə xahiş yollu xəbərdarlıq edirdi.
 
Yaponlar son dərəcə sadə, azad və mərhəmətli yaşayan insanlardır. Evlərini mebellə, əşya ilə dolduranlar yaponlara görə ruhən təkammül etməmiş, həyatın mənasını başa düşməyən insanlardır. Belə insanlar yazıq evini mebel salonuna çevirmiş deyə əylənirlər. Bir insanın göstəriş üçün əşyanın əsiri olmağı nə qədər pis haldır. Vaxtilə Yapon iqtisadiyyatı bir çətinlikdən keçir. Daxili borclar, xarici borclar boğazı keçir. Dövrün dövlət başçısı məclisi çağırır. Kürsüyə çıxır. Vəziyyəti olduqca açıq və təhlükələri ilə danışır və deyir: Tanrı şahidim olsun ki, Yaponların daxili və xarici borcları son qəpiyinə qədər ödənilmədikcə düyüdən başqa bir şey yeməyəcəm. Bu əynimdəki paltardan
başqa paltar geyinməyəcəyəm. Dediklərini edir, israfdan qaçmaq kompaniyası başladılır. Yaponiya bütün borclarını ödəyir. Bu vəziyyətin cəmiyyətin bütün üzvlərini heç kimin istisna olmadan əhatə etdiyini deməyə ehtiyac belə yoxdur.
 
Yaxın günlərdə Yapon imperatorunun sarayını gördüm. Allahım, nə qədər sadə, nə qədər təvəzökar...
Lazım olmadığı halda işığı yandırmaqda, suyu bağlamadan boş yerə axıtmaqda, gecə palçıqlı ayaqqabılarımızı təmizləmədən yatmaqda, yemək yediyimiz qabları yumadan 
qoyduqda biz də zalımlar sinifinə keçmirikmi?
 
Həyat çox incə, ağıla belə gəlməyən incəlikdə iplərlə hörülmüşdür.
Hər şey o qədər bir-birinə bağlıdır ki...

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN