Nigar Rəsulbəyova : Hər Bir Şəxs Qanunlara Hörmət Etməyə Borcludur

0
3906
Nigar Rəsulbəyova : Hər Bir Şəxs Qanunlara Hörmət Etməyə Borcludur

 Evlilik gözəl başlanğıcdır. Hər kəs evlənmək istəyir amma evlənmə üçün əsaslı səbəblərin olmalıdır. Siz də bu önəmli qərarı verməzdən öncə dəqiq fikirləşin. Gələcək həyat yoldaşınızla ömürboyu birgə yaşamaq, ağrı-acını paylaşmaq üçün evlənirsiniz, yoxsa sizə təqdim etdiyimiz yeddi yanlış səbəbdən ötrü?


1. Maddi vəziyyəti yaxşıdır
 
Onu bilin ki, pul heç bir zaman xoşbəxtliyin açarı sayıla bilməz. Həyatın hansısa bir mıəqamında "Hər şeyim var, bəs niyə mən xoşbəxt deyiləm" sualı qarşısında aciz qala bilərsiniz. Belə bir duruma düşməmək üçün qərarınıza yenidən baxın.

2. Sevirəm
 
Həqiqətən sevirsinizsə bunu ürəyinizcə yaşamaq məsləhətdir. Amma bir məsələni də nəzərə alın ki, bu sevgi uzun müddət davam etməyə bilər. Bir müddət sonra sevgi hissləri bitərsə nə edəcəksiniz? Sevgi öz yerini dostluğa verə biləcəkmi?

Aşiqsinizsə evlənmək qərarı verməzdən öncə o sevginin bitməsini gözləyin.

3. Uşaq sahibi olmaq istəyirəm
 
Bütün valideynlər oğul-uşaq sahibi olmaq istəyirlər. Ailə qurmazdan öncə çoxları arzusunu belə sıralayır:

1) Uşaq arzulamaq

2) Evlənəcək bir insan tapmaq

3) Evlənmək

4) Uşaq sahibi olmaq
 
Bu sıralama səhvdir. Ən doğrusu belə sıralamaqdır - Doğru sıralama 2-3-1-4

5. Təklikdən bezdim
 
Bəlli olur ki, hər çeydən tez bezənsiniz. Yalnızlıqdan olduğu kimi birlikdə olmaqdan da sıxılacaqsınız. Öncə bu xarakterinizlə mübarizə aparın. Həyatda özünüzə maraqlar tapın

5. Atam daha sevgili kimi qalmağımıza icazə vermir
 
Neçə ildir sevgilniz var və artıq yorulmusunuz. Atanız bu vəziyyəti xoşlamır. Ailədəki ənənəyə qarşı çıxmamaq üçün sevgilinizə hər hansı bir yol ilə artıq evlənmək istədiyinizi söyləməyə başlayırsınız. Bilin ki, evli olmaq başqa bir vəziyyətdir. Sırf ailəniz istəyir deyə bir insanla eyni həyatı paylaşmaq da doğru deyil. Daha bir müddət düşünün.

6. Çətin vəziyyətdən çıxmağımda dəstək oldu
 
Çətin vəziyyətlərdən çıxarkən sizə yardım edən insanı dost adlandırmaq olar. Lakin bu onu sonradan həyat yoldaşı seçməyiniz üçün yetərli şərt deyil. Həmin çətin vəziyyət bitən kimi sizinlə evlənmək istədiyini söyləyirsə, deməli, o öncədən bunu düşünüb. Yəni sizə o yardımı və dəstəyi əslində qarşılıqsız etməyib.

7. Artıq özüməməxsus bir evin olmasını istəyirəm
 
Bəzi gənc qızlar rahat-rahat gəzib, əylənəmədikləri, özlərinəməxsus bir dünyanı azad yaşaya bilmədikləri üçün yeni həyat qurmağın yolunun ayrı bir evdə qalmaq olduğunu düşünür. Cəmiyyətimizdə ailələr çox zaman qızlarının ayrı yaşamasına icazə vermədiyi üçün onlar da bu vəziyyətdən çıxış yolunu evlənməkdə görürlər. Bilin ki, evləndikdən sonra sərbəstliyiniz daha da azalacaq. Sonradan peşman olacağınız qərarlar verməyin.

ŞƏRH YAZIN