Yarışı Buraxmayın

0
3061
Yarışı Buraxmayın

Həyat uzun bir qaçışdır. Hər addımda yeni bir başlanğıc edə biləcəyimiz bir qaçış. Bu uzun qaçışa həyat marafonu adını da verə bilərik. Marafon adı Qədim Yunanıstanda marafon meydanında Spartalilarin və Yunanlıların apardıqları döyüşdən gəlir. Döyüş meydanının Afinaya qədər olan uzaqlığı 42 kilometrdir. Meydanda döyüş başladığında Afinaya xəbər verilməsi üçün bir adam ora yollanır. O qaçaraq Afinaya gedər, xəbəri vaxtında çatdırır, lakin ölürdü. Bu uzaqlıq daha sonra marafon yarışları üçün istifadə olunur. Marafon yarışı strateji bir yarışdır. Yarışa başlarkən önə keçməyin bir əhəmiyyəti yoxdur. Çünki yarış uzundur. Yarışın ən kritik nöqtəsi 20 ilə 25 kilometr arasıdır. 20 kilometrdən sonra yarışçının əzələlərində şiddətli ağrılar başlayır. Ağrılar 25 kilometrə qədər artaraq davam edər. 25 kilometr kritikdir. Özünüzü yaxşı nizamlaya və 25 kilometri keçməyi bacarsanız yarışı bitirə bilərsiniz. Bu yarışda 26 kilometr əslində yeni bir başlanğıcdır. Əhəmiyyətli olan yeni bir başlanğıc üçün imtina etməməkdir.

Qəbul imtahanlarında  minlərlə namizədin yarışdığı bir marafonu xatırladır. Bu marafonu kritik nöqtəsi İmtahana hazırlıqla başlayır , nəticələrin çıxması ilə sona yetir .Tələbələrin çox işləri nizamlı tutur və imtahanı qazanmağa yönəlib. Bəzi namizədlər imtahandan keçə bilməyəcəklərini düşünərək yeni bir başlanğıc etmək yerinə başladıqları yarışı bitirməyi seçərlər. Halbuki bu marafonda hər zaman yeni bir başlanğıc edə bilərsiniz. Yetər ki müvəffəqiyyətli olacağınıza dair inancınızı itirməyin.
 
 
 
Tərcümə etdi: Bəsti Mehraliyeva

ŞƏRH YAZIN