Niyə ailə büdcəsi?

0
655
Niyə ailə büdcəsi?

Çünki büdcə, intizam və qayda-qanun təmin edir. Büdcə  sağlam bir maliyyə həyatın ilk pilləsidir. Xərclərə nəzarət edilməsində və maddi vəziyyəti tənzimləməkdə ailəyə yardımçı olur. Yazılı bir büdcə etmədən maddi vəziyyəti tam olaraq bilmək mümkün deyil.

Çünki büdcə, pulla bağlı məsələlərə baş yormağa səbəb olur. Ailə üzvləri pulla bağlı məsələlərə nə qədər diqqətini verərsə gəlirini, ya da qənaətlərini artırmağa yönəlik yeni yollar tapmaq məsələsində o qədər uğurlu olar.
 
Çünki büdcə, böhranların qarşısını alar. Müəyyən fasilələrlə maddi vəziyyəti nəzərdən keçirmək mümkün problemlərə qarşı tədbir görməkdə yardımçı olur. Böhranın qarşısını almaq böhrandan xilas olmaqdan çox daha asandır.
 
Çünki büdcə, ailə üzvlərini birlikdə qərar almağa təşviq edir. Pul danışmaq ümumiyyətlə sevimlidir. Bir "Çox xərcləyirsən. "demək, həm deyəni həm də qulaq asanı narahat edir. Əgər bütün ailə üzvləri ailə büdcəsi haqqında məlumat sahibi olsa pul məsələsində söz-söhbət çıxmasının qarşısı alına bilər. Pul məsələlərini real rəqəmlərlə danışmaq hər zaman daha inandırıcıdır. Ətraflı büdcə bu iş üçün son dərəcə əlverişli vasitədir.
 
Çünki büdcə, pulla bağlı məsələlərdə irəliləyişin göstəricisidir. Hər kəs ev xərclərini azaltmaq istədiyindən bəhs edər. Bu məqsədlə səylərin tam bir nəticəyə gəlib varmadığını büdcə təqibi etmədən anlamaq mümkün olmaz.
 
Çünki büdcə, gözlənilməz hallara qarşı hazırlıqlı olmağı təmin edir. Büdcə sayəsində ailənin ayda tam olaraq nə qədər pula ehtiyac duyduğu açıq bir şəkildə görülür. Bu məlumat sayəsində, gözlənilməz hallara qarşı nə qədər qənaətə getmək lazım olduğu asanlıqla müəyyənləşdirib planlaşdırmalarda nəzərə alına bilər.
 
Çünki büdcə, stressi azaldır. Önünü görmək insanı hər zaman rahatlaşdırır. Bir ailə, maliyyə vəziyyəti hərəkətdə belə olsa büdcə sayəsində problemin ən azından haradan qaynaqlandığını müəyyən edə bilir. Büdcə ailə üçün lazımlı nizamlamaları etmədə yol xəritəsi funksiyasını görər.
 

ŞƏRH YAZIN