Onlar bunu niyə edirlər?

0
2336
Onlar bunu niyə edirlər?

 Bəzən kiminsə şəxsi işinə qarşıam insanlarla rastlaşırıq. O müdaxilə etdikləri həyat sizin də həyatınız ola bilər. Bəs heç düşünmüsünüzmü, onlar bunu niyə edir? Məsələn, niyə başqasının telefonu qurcalayır, mesajları oxuyur? 


1. Qəbahət deyil? 

Sevdiyimiz insanın bütün işlərinə qarışmaqdan çəkinmirik. Baxmayaraq ki, digər insanın şəxsi həyatına müdaxilə heç də yaxşı hərəkət deyil. Amma bəziləri özgəsinə göndərilən SMS-ləri oxumağı elə bir qəbahət iş saymır.

Əslinə qalsa: Sən SMS-ləri oxumaqla daha çox suallar içində çaşıb qalacaqsan. Axı, SMS-lər söhbətlərdən qısa çıxarışlar kimidir. Ona görə də onları oxuyub tez qərar vermə.

2. İnamsızlıq, qısqanclıq 

Məhz bu hisslər ikinci "yarınızın" telefonunu nəzərdən keçirtməyə vadar edir. Şübhələr özünü az da olsa doğruldanda bu hərəkət daha da aktuallaşır.
 
Əslinə qalsa: Qısqanclıq çərçivələrdə olmalıdır. Çünki məhz bu hiss sevgiyə şirinlik qatır. Nə qədər olmasa da çəkişməsən bərkişməzsən. Amma yenə yada salırıq ki, bütün bu hisslər dərəcəsində olmalı, sevib, seçdiyiniz insanı bezdirməməlidir. Əks halda, aranızda inam yoxdursa heç bir yaxşı sonluq gözləməyə dəyməz.

3. Sadece her şeyi bilmək havasi 
əbii ki, bu əsas səbəblərdən deyil. Axı, insan hər istədiyi hərəkəti edə bilməz. Adi bir hərəkətə görə kimsənin şəxsi işlərinə qarışmaq nə dərəcədə doğrudur? Amma bəzi xanımlar səbirsiz olduqlarını açıq-aydın büruzə verirlər. Sevdikləri insanın gözdən uzaqda olanda nə etdiyi, kiminlə danışdığı, yazışdığı onlar üçün dəhşətli dərəcədə maraqlıdır.
 
Əslinə qalsa: Heç kim maraqdan ölməyib. Ona görə də bir az soyuqqanlı olmağa çalışın. Çünki xasiyyətlər müxtəlifdir. Kimsə üçün bu bağışlanılmaz səhv ola bilər.

4. Şübhələr səni boğur? 
 
Bax burada məsələ bir az çətinləşir: Əgar sən sevdiyin oğlana ona gələn mesajları oxumaq istəyini bildirəndə mədəni şəkildə "yox" cavabı alırsansa, hələ bu azmış kimi oğlan telefonunu koda qoyursa artıq sizi şübhələr boğmağa başlayacaq. Bəlkə həyatında başqa qadın var, məşuqəsi ilə kef maclisləri qurur və s.

Əslinə qalsa: Ola bilsin ki, bu şübhələr özünü doğrultsun. Amma sevdiyin şəxsin bunu səni qıcıqlandırmaq məqsədi ilə edə biləcəyi variantını da unutma.

5. Telefon göz qarşısında 

Olduqca ağılsız bir bəhanə. Sən evdə oturursan, həyat yoldaşın isə ya kompyutərdə oyun oynayır, ya da duş qəbul edir. Mobil telefonu isə gözünün önündə... Necə baxmayasan?
 
Əslina qalsa: Telefon həmişəki yerindədir, sadəcə sahibi ortalıqda deyil. Səni daim narahat edən maraq isə bu şəraitdən yetərincə yararlanmağa imkan verir.

Psixoloolar deyir ki...

Sevdiyi və ya yaxın insanın SMS-lərini oxuyanlar kiminsə şəxsi işlərinə qarışmaqdan böyük zövq alır, Qarşısındakı insana hörmətsizlik edirlər. Ola bilsin ki, gərgin həyatdan, psixikasında hər hansı bir problem var. Münasibətlərdəki inamsızlıq, hədsiz qısqanclıq onlara əziyyət verir.
İlk öncə fikirləşin ki, sözügədən davranış sizə olunsa özünüzü necə hiss edərsiniz. Hər halda hər bir insanın özünəməxsus dünyası, kiçik da olsa sirləri olanda həyat daha maraqlı gəlir. Həm sizə, həm də yarınıza...

ŞƏRH YAZIN