Ən Yaxşıların Belə Yol Verdiyi Səhvlər!

0
2068
Ən Yaxşıların Belə Yol Verdiyi Səhvlər!

Hər kəs səhv edə bilər. Hətta dünyanın ən bacarıqlı, ən təcrübəli, ən məsuliyyətli mütəxəssisi belə həyatında bir dəfə də olsa səhv edib. Siz də çalışdığınız şirkətdə ən bacarıqlı əməkdaş olsanız belə karyeranızda buraxdığınız səhvlər olacaq. Onlardan qorxmaq, onlara məğlub olmaq yox, onlarla üzləşmək lazımdır. Bu məqalə ilə hətta ən məsuliyyətli və təcrübəli mütəxəssislərin etdikləri səhvləri təqdim edirik.

Siz rəhbərlik üçün nəyin daha vacib olduğunu başa düşmürsünüz

Əgər siz rəhbərliyinizin istəklərinə cavab vermirsinizsə, sizin hər hansısa məsələdə nə qədər yaxşı olmağınızın heç bir əhəmiyyəti yoxdur. Məsələn, siz müştərilərlə çox yaxşı əlaqələr qurmağı bacara bilərsiniz. Lakin sizin müdirinizi yalnız sifarişlərin yenilənmə sürəti maraqlandıra bilər. Aydındır ki, müdir sizi onu  maraqlandıran meyar üzrə qiymətləndirəcək.

Siz ilk uğursuzluqdan sonra təslim olursunuz

Karyerada irəliləmək üçün siz daim yeni çətinliklərlə qarşılaşacaqsınız. Əgər siz hər şeyin yaxşı olduğuna öyrəşsəniz, qəfildən əmələ gələn çətinliklər sizi ruhdan sala bilər.

Lakin yadda saxlayın ki, əsl mütəxəssis heç bir çətinlik qarşısında təslim olmur və sonuna qədər mübarizə aparır.

Siz  tənqidi qəbul etmirsiniz

Siz öz işinizi keyfiyyətli şəkildə görməyə öyrəşdikdən sonra istənilən tənqidi qəbul etməkdə çətinlik çəkirsiniz. Lakin tənqid sizi müdafiə mövqeyinə keçməyə vadar etməməlidir.

Yadda saxlayın ki, tənqiddən də müsbət nəticə çıxartmaq olar.

Siz həmkarlarınızla münasibətlərinizin vacibliyini qiymətləndirmirsiniz

Sizin nə qədər peşəkar olmağınızdan asılı olmayaraq unutmayın ki, sizin karyeranız üçün kollketiv daxilində münasibətlər çox vacibdir.

Siz yalnız öz nailiyyətlərinizi qiymətləndirirsiniz

Əgər şirkət gəlirlərinin yarısını sizin sayənizdə qazanırsa belə, siz özünüzdən razı olmamalısınız. Belə olduğu halda kollketivdə heç kəs sizin özünüzdən razılığınıza dözməyəcək və bu hal sizin işinizi çətinləşdirəcək. Siz şirkətdə ən yaxşı çalışan olsanız belə, unutmayın ki, ümumi kollektivin işi daha çox qiymətləndirilir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN