Kişilərin xoşlarına gəlmək üçün bəzənən qadınlar bəzən bu bəzənməni şişirdir və itici görünə bilir. Kişilərin ümumisinə baxdığımızda ortaq bir məxrəcdə olduqlarını görürük. Yaxşı, bəs kişilər nələrdən xoşlanmazlar? Onları cəzb etmək istəyərkən düşülən səhvlər nələrdir?
- Qırmızı pomadanı sevməyən qadın yoxdur demək olar ki. Ancaq sevgilinizlə xoş vaxt keçirmək istəyirsinizsə sıx parıltılı qıpqırmızı dodaqlardan uzaq durun. Bir dəvətə gedərkən cazibədar görünə bilər, ancaq öpüşmək üçün heç də uyğun seçim olmaz.
- Yalnız qırmızı pomadayla məhdud deyil, baş-başa keçirəcəyiniz bir gecədə şişirdilmiş makiyajlar etməyin. Qadınlar parıltılı və sıx makiyajla cazibədar olacağını düşünsə də kişilər bunun əksini düşünür. Onlar hər zaman təbiiliyi seçir.
- Baş-başa keçirəcəyiniz bir gecədə daxili paltarsız qarşısına çıxmayın. Xüsusilə ən gözəl geyimlərinizi geyinin. Kişilərin ən sevdiyi fantaziyalardan biridir daxili paltarları çıxartmaq.
- Cazibədarlığa işarələrin biri də file corablardır! Hər nə qədər cazibədar olduğunu düşünsəniz də kişilər bunun əksini düşünür.
- Yüksək dikdaban ayaqqabılar, şişirdilmiş makiyajlar, dəbdəbəli paltarlar... Kişilər bunların yerinə daha təbii qadınlardan xoşlanırlar. Üzünüzün gülümsəməsi və isti qanlı olmağınız onlar üçün kifayətdir.