Gülməkdən ölənlər ...

0
3400
Gülməkdən ölənlər ...

Bəzən münasibətlərdə tərəflər mübahisə zamanı bir-birlərini pis incidir. İstəmədən də olsa könlünü qırır, xoşagəməz sözlər işlədir. Zamanla baş verənləri unuda bilərsən ama onu bağışlamaq yenə çətin olar. O zaman sizə onu bağışlamağınız üçün psixoloq tövsiyyələrini təqdim edirik.

1. Özünüz üçün anlayın ki, neqativ hisslər və hərəkətlər sizi daxildən zədələyir, amma bağışlamaq isə– bu zədələyici təsirləri bərpa etməyin bir üsuludur. Mübahisənin səbəbini yada salmağa çalışın, ola bilər ki, o ilk baxışdan göründüyü kimi o də qədər qorxunc deyil.
 
2. Öz incikliyinizi ucadan deyin və onu bir kağız vərəqə yazın, bu vəziyyət sizə olmuş hadisəyə başqa baxışla baxmağa və bütün yaranmış vəziyyəti həddindən artıq qiymətləndirməyə kömək edəcək, bəlkə də o hətta sizin üzünüzdə təbəssüm yaradacaq.

3. Mübahisədən sonra sakitləşmək vaxtınızı gözləyin, implusiv hərəkətlər və qəfil qərar qəbul etməyin. Vəziyyəti mağazaya, kinoya, teatra getməklə əvəz edin.

4. Düşünün, niyə məhz siz belə reaksiya verdiniz və incidiniz? Bəlkə də, ola bilər ki, sadəcə sizə bağışlamamaq daha rahatdır və ya incimiş vəziyyətiniz sizin daha çox xoşunuza gəlir?

5. Öz sevdiyiniz insanı anlamağa çalışın, ona və yaxud da özünüzə haqq qazandırmaq lazım deyil, məhz çalışın anlayasız.

6. Daimi inciklik vəziyyətində yaşamayın, heç olmasa görüşmək üçün addım atın, onun ən yaxşı tərəfini, ən gözəl xatirələrinizi yada salın. Həqiqətən ola bilər ki, gözəl anlar çoxdur və bu incikliklər ona dəymir.

7. Bağışlamanı – qəhrəmanlıq qəbul edib, sonra onun başına vurmayın! Siz sevdiyiniz insanla barışırsınız, kiməsə minnət etmirsiniz. Yadda saxlayın ki, ilk növbədə siz bunu özünüz üçün edirsiniz!
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN