Pozitiv Enerjinizi Yayın!

0
1976
Pozitiv Enerjinizi Yayın!

Pozitiv enerjiniz varsa, onu paylaşın. Müsbət enerji paylaşıldıqca, həyat daha da gözəl olur.

1. Gülümsəyin.

Gülmək sizi və ətrafınızdakıları müsbət bir ruh halına salar. Pis hiss etsəniz belə 30 saniyəliyinə də olsa gülümsəməyi sınaqdan keçirin və yaradacağı fərqi görün.

2. Kədərli mahnılar dinləməyin.

Dinlədiyimiz musiqi ruhi vəziyyətimiz üzərində son dərəcə təsirlidir. Sizi depressiyaya salan, kədərli mahnılar yerinə canlandıran, xoşbəxt edən mahnılar seçin. Bu mahnıları ətrafınızla da paylaşın.

3. Qucaqlaşın.

Qucaqlaşmaq da gülmək kimi sadə, amma təsiri böyük sehrli davranışlardandır. Yaxınlıq və səmimiyyət dərəcəsinə görə qucaqlaşmaqdan çəkinməyin.

4. Dinləyin.

Bəzən kömək filan deyil qarşınızdakı adamın istədiyi ... Yalnız danışmağa və bəzilərinin özünü dinləməsinə ehtiyacı vardır. Bu cür vəziyyətlərdə mühakimə etmədən və sorğulamadan yalnız dinləyin.

5. Cəsarətləndirin.

Dünyada cəsarət qırıcı kifayət qədər şey var onsuz da. Xəbərlər, qəzetlər, mövzular, qonşu, yoldaş, dost pis xəbərlər verib durmurlarmı? Yüksək potensialı olan çox adam, sırf cəsarət qırıcı şeylərdən ötəri müvəffəqiyyətsizliyə uğramaqdadır. Bu səbəblə ətrafınızdakı kəslərə dəstək olun , cəsarətlərini qırmayın , xəyallarına hörmət edin.

6. İltifatlarınız səmimi olsun.

İltifat və komplimentlərinizdə içdən olun, şişirtməyə qaçmayın. Adamın görünüşü və ya hər kəs tərəfindən bilinən xüsusiyyətləri yerinə çox bilinməyən istiqamətlərini öyrənin. Onun üçün qiymətli olan fərdi xüsusiyyətlərinə əhəmiyyət verin. Məsələn müsbət tutumlu oluşuna. İltifat seçəcəksinizsə, bunun haqqında gözəl şeylər söyləyərək təqdim edin.

7. Sürətli və praktik həllər gətirin.

Bəzən qarşınızdakı adamın cəsarətə deyil də praktik həll yollarına ehtiyacı vardır. Bir kağız dəsmal, bir stəkan su və ya sərinləmək üçün bir yelpik ola bilər ehtiyacı ... Bəlkə də avtomobildən enərkən tarazlığını itirməmək üçün əlinizi tutmaq istəyir. Bu növ praktik yardımlara oyanıq və istəkli olun.

8. Perspektifinizi bölüşün.

Bəzən birəni dəvə edərik. Bəzən də ciddi mövzuları yüngülə alırıq . Qarşınızdakı adamın bu səhvi etdiyini görsəniz öz fikirinizi deyin. Beləcə həmsöhbətinizin özünü çox üzən vəziyyətin əslində gülüb keçiləcək bir şey olduğunu görməsini təmin edərsiniz.

9. Müsbət duyğular inkişaf etdirin.

Duyğular yoluxucudur. Müsbət düşüncəni bulaşdırmaq üçün də müsbət və optimist yanaşma inkişaf etdirin. Gülümsəməklə həyata dəyər verin, müsbət xatirələrinizi xatırlayın. Beləcə müsbət hisslərə və düşüncəyə sahib olarsınız.

10. Kiçik nəzakət qaydalarını əs keçməyin.

Qapıdan içəri girərkən prioriteti yanınızdakı adama verin, çərəz, biskvit kimi şeylər yeyirsə ikram edin, avtobusda yaşlı ya da ehtiyac halında olanlara yer verin, qapıdan keçdikdən sonra dərhal ardınızda birinin olduğunu fərq etsəniz qapını tutun ( sürətlə içəri keçib qapının üzünə bağlanmasının qarşısını alın). Bunlar kiçik, amma incə şeylərdir, diqqət etdiyiniz təqdirdə nəzakətinizlə həmsöhbətinizi məmnun edərsiniz.

11. Müsbəti başqalarına keçirin.

Bir yoldaşınız sizə müsbət bir şey söylədi ya da belə bir hərəkət etdisə, sizə keçən bu müsbət ruh halını siz də başqalarına keçirin. Gözəl bir şey söyləyin, bir jest edin ki, müsbət zəncir sürətlə böyüsün ətrafınızda.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN