Təfəkkür və məsələ həlli.

0
4246
Təfəkkür və məsələ həlli.

Təfəkkür məqsədyönlü idrak prosesidir. Təfəkkür o zaman fəaliyyətə gəlir ki, insanın qarşısına yeni problem, yeni sual və ya məsələ çıxır, qarşıya onları başa düşmək, mahiyyətini açmaq və ya həll etmək məqsədi qoyulur. Yəni insanın qarşısına yeni məsələ çıxanda, yeni məqsəd qoyulanda, həm də məlum qayda və üsullar onu həll etməyə yaramadıqda təfəkkürün fəaliyyəti güclənir.
 
Məsələnin həlli üçün o, ilk növbədə qəbul edilməli, anlaşılmalıdır.
 
Anlama fikri məsələ həllində mühüm mərhələ kimi çıxış edir. Belə ki, insan cisim və hadisələri sadəcə qavramır, həmçinin onların mahiyyətini müəyyənləşdirməyə çalışır. Əgər o, buna nail olursa, deməli, həmin obyekti anlayır. Cisim və hadisəni anlama onların səbəbini, nəticəsini, əmələgəlmə xüsusiyyətlərini, mühüm əlamətlərini, müəyyən cisimlır qrupuna aid olmasını müəyyənləşdirmək deməkdir.
 
Anlama vasitəsiz və vasitəli olur. Vasitəsiz anlamanın əsasında məlum və naməlum cisim və hadisələr arasında əlaqə yaratmaqdan ibarət olan tanıma durur. Vasitəli anlama daha mürəkkəbdir. Çünki o qabaqcadan düşünməyə istinad edir.
 
Hər bir məsələnin həllində zəruri şərtlərdən biri də məlumla məchul arasındakı əlaqə və asılılığın dərk edilməsidir.
 
Məsələnin həllində müəyyən fərziyyələrin irəli sürülməsi və onların yoxlanılması mühüm cəhətdir.
 

ŞƏRH YAZIN