Psixologiya Nədır?

0
3563
Psixologiya Nədır?

Psixologiya canlı davranışlarını incələyən və bu davranışların altında yatan səbəbləri ortaya qoyan elmdir. Tədbiq  edilən elmlərdəndir. Tədbiq edənlər ya da araşdıranlar "psixoloq" adlandırırlar. İctimai, davranışsal və elmi araşdırmalar psixologiyanın maraq sahəsidir. İnsanın individual və ictimai nöqteyi nəzərdən əqli  ünsürlərini incələyərkən fizioloji və bioloji prosesləri də araşdırır. Fransızca psychologie "ruh elmi" sözündən götürülüb. Fransızca söz Yeni Latinca "psychologia"dan gəlir.

Sokrat ruhu və şüuru sorğulamağa təşviq etmişti.  "Özünü bil" şuarı ilə insanın şəxsiyyətində yolçuluğa çıxmışdır. Demokrit ruhun da  başqa maddələr kimi atomlardan təşkil olunduğunu söyləmişdir. Hər duyğunun toxunma duyğyusuna bağlandığını söyləyərək materialist düşüncə sərgiləmişdir. Platon maddi düşünməzdi. Ruh elminin ayrı bir bilgi budağı olaraq qəbul edərdi. İnsan ruhunun Tanrı tərəfindən yaradılmış, kainatın ruhunun xüsusiyyətlərinə sahib  olduğunu söyləmişdir. Ruhun öncəsiz kainatda ideaları görmüş olmasından dolayı, sınaq kainatına girdikdən sonra bu ideyaların əskik kopyalarıyla təmasa keçdikcə, öncədən gördüyü ideyaları xatırladığını söylərdi. Ona görə elm: xatırlamadır. Aristotel bir çox elmin qabaqcıllarındandır. Bioloji çalışmalar vasitəsi ilə psixoloqiya ilə maraqlanır. Ona görə: "Bədən ruh üçündür". Ruhu bir həyat gücü olaraq qəbul edir. O, bilgilərə hiss və qavrama ilə sahib olunduğunu söylər. Aristotelə görə həyat, özü özünə bir hərəkətdir. Bu hərəkətin prinsipi də ruhdur. Dekart ruhu-yerli əlaqələri olmayan, ancaq zaman içində var olan yaddaş gücünə sahib, insanda şəxsiyyət və mənlik olaraq özünü göstərən və maraqlara, məqsədlərə sahib olan özünəməxsus bir varlıq olaraq açıqlamışdır. Ona görə bədən və ruh bir birinə daxil ola bilməz.
 
1628-ci ildə İngilis Harvey, qan dövranını açıqlayan təcrübələrə başlamışdır. 1750 ildə Reamur isə həzm sistemi üzərində çalışmalar etməyə başlamışdır. 1780-ci ildə Spalanzani oxşar bir iş icra etmişdir. Kant (1724–1804), Leibniz (1646–1716), Con Lok (1632–1704), David Hume (1711–1776) və Ceyms Mill (1773– 1836) psixologiyaya yol göstərən qabaqcıl araşdırmalar etmişlər. 19-cu əsrədək psixologiya fəlsəfənin bir sahəsi olaraq görülmüşdür. Ayrı bir elm olaraq psixologiyanın yaranması: pozitivizm, empirisizm ve materializm axınları ilə yoğrulan bir dövrə uyğun gəlir.1879-cu ildə Almanyanın Leypsiq şəhərində Vilhelm Vundt dünyanın ilk psixoloji labaratoriyasını  qurur. Fridrix Nitsşe (1844-1900) psixoloq-filosof olaraq xatırlanır. İnsan davranışlarına diqqət çəkərək Freyd kimi filosof-psixoloqlara yol göstərmişdir. 1888-ci ildə Amerikada, Ceyms Makkin Kettel (1860–1944) dünyada ilk dəfə psixoloq-professor adı alır. 1892-ci ildə ilk elmi psixolojı orqanizasiya olan "Amerikan Psixoloji Dərnəyi (American Psychological Association-APA)" qurulur. Uilyam Makduqal (1871–1938) isə 1908-ci ildə psixologiyanı sahə ədəbiyyatında ilk dəfə "davranış elmi" olaraq təyin etdi. İlk təyin olunduğu vaxtdandan bəri çeşidli məktəblər ilə çalışılmışdır. Bunlar fərqli psixoloji anlayışlara sahib şəxsiyyətcəsinə yaradan ortaq baxış bucaqlarıdır.  Psixologiya günümüzdə çeşidli ixtisas sahələrinə sahibdir. Bu sahələr qəti  və ayırıcı deyil. Bir-biri ilə əlaqə və qarşılıqlıq içindədir.
 
 
 

Korrektor: Əliyyeva Aynur

ŞƏRH YAZIN