Qadınların bu səhvləri ...

0
1897
Qadınların bu səhvləri ...

 Münasibətlərdə qadınların yol verdikləri səhvlər və ağılsızlıqları bəzən hər şeyi məhv edə bilir. Lora Şlessindjer də kitabında qadınların həyatını məhv edə biləcək 10 ən böyük ağılsızlıqları və səhvləri haqqında məlumat verib.


1. Böyüməmiş və dünyagörüşü tam formalaşmamış, narkotik maddələrdən istifadə edən, həmçinin, məsuliyyət hissinə sahib olmayan kişilərdən uzaq gəzin. Siz belə kişilərlə görüşməyə davam etsəniz, həyatınzın çoxunu boşuna sərf etmiş olarsıznız. Çünki siz öz həyatınızı yaşaya bilməyəcək ancaq onu doğru yola çəkməklə məşğul olacaqsıznız. Bunun isə heç bir faydası olmayacaq. Sizə layiq olan kişilərlə də tanış olma şansını da əldən verəcəksiniz. Bu cür münasibətlərə dərhal son qoymaq lazımdır. Belə bir kişi ilə rastlaşsanız qaçaraq uzaqlaşın, nömrələrinizi dəyişməyi isə başınızdan çıxarın.

2. Xoşunuza gələn bir kişi ilə rastlaşsanız heç vaxt yaddan çıxarmayın: onun kimi yaraşıqlı kişilər hər yerdə var. Onunla yaxından tanış olmamış, heç bir cinsi münasibət qurmayın. Ətraflı şəkildə tanış olmaq üçün ən az 6 həftə lazımdır.Onu tərifləməyə tələsməyin. Onunla nə qədər tez yatağa girsəniz, bir o qədər də etibarınızı və hörmətinizi azaldarsınız. Sizə hörmət və etibar etməyən bir kişi isə ancaq yalqızlıq və kədər gətirə bilər.

3. Qadınlar çox vaxt əllərində olanla kifayətlənirlər. Bu isə heç də yaxşı variant deyil. Siz daha yaxşısına layiqsiniz. Səbrli olmağı bacarın və gözləyin. Axtardığınız insan gec-tez rastınıza çıxacaq.

4. Sekslə məşğul olduğunuzdan çox vaxt keçib, lakin siz hələ də romantika axtarışındasınız. Kişilər söyləyirlər ki, ehtiras onları tənhalıq hissindən azad edir. Seksin isə belə bir xüsusiyyəti yoxdur. Seks keçici bir hissdir. Bunu səhər oyananda yanınızda dözməyə belə təhəmmül etmədiyiniz “yad insanla qarşılaşanda” görəcəksiniz.

5. Evlilikdən öncə bir yerdə yaşayan cütlüklər, evliliyə qədər ayrı yaşamış cütlüklərdən daha tez boşanırlar. Onunla birgə yaşamağa yalnız özünüzü daha çox sevdirmək ümidilə razı olursunuz. Hesab edirsiniz ki, birlikdə olmaq segvinizin qarantiyasıdır. Kişilər üçünsə bu belə deyil. Onlar sadəcə zövq almaq və fantaziyalarını həyata keçirmək üçün belə münasibətlərə girirlər. Belə münasibət isə hər bir qadın üçün alçaldıcıdır.

6. Bəzi qadınlar kişilərə görə analıq vəzifəsindən imtina edirlər. Hətta elə qadınlar da var ki, “Mən tək qalmaqdansa, uşaqlarımı döyən-söyən kişi ilə münasibət qurmağa üstünlük verərəm.” Övladlarınızı hanısa bir kişiyə görə qurban verməyin!

7. Qızların çoxu sevdiyi və axtardığı bir kişi ilə ailə həyatı qurur. Sonra isə məlum olur ki, onun xəyallarındakı və təsəvvüründə olan deyil, tamam başqa bir insandır. Görünür ki, qadın özünə hədsiz güvənir və özünədən çox arxayındır. Həyat yoldaşından da lazım olduğundan daha çox diqqət tələb edir. Bu da yaxşı xüsusiyyət deyil. Sevgisindən şübhə eləməyə başlayırınızsa günahı qarşı tərəfdə deyil, özünüzdə axtarın. 

8. Qadınlar adətən qarşı tərəfin sevgisindən əmin olmadıqda “mən hamilyəm” üsuluna əl atırlar. Məlum olur ki, siz qoruyuculardan istifadə etməmisiniz... Hamilə qalmaqla bütün şübhələrinizə son qoymaq istəyirsinizə, bilin ki, doğru hərəkət deyil. Çünki tamam başqa bir reaksiya ilə qarşılaşa bilərsiniz. “O, axı demişdi məni sevir...” cümləsini deməkdən başqa əlacınız qalmaya bilər. Sizin səhvlərinizin bədəlini isə uşağınız verməli olacaq.

9. Sizi neçə dəfələrlə aldadan kişini hələ də müdafiə edib bəhanənin əsaslı olduğuna inanırsınızsa, deməli çox saf insansınız. Bu saflıq sizə heç bir xeyir vəd etmir, əksinə. Kişilər bəzən 6 il münasibətdə olduqları qadını övladı dünyayı gələndən sonra atıblar. Qadın isə hətta, ayrıldıqdan sonra da ona evə gəlməyə, cinsi münasibətdə olmağa, qulluğunu çəkməyə razı olur. Uzağı başqa bir qadın tapana qədər sizin yanınızda qalır, istədiyini əldən etdikdən yenə də çıxıb gedir. Bu qədər ürəyikövrək və həssas olmayın, belə kişini mümkün qədər uzağa göndərin.

10. Qadınlar çox vaxt bütün əsəblərini, hirslərini bildirmirlər. Bu da onların özlərini daha güvənsiz hiss etmələrinə və deprissiyaya düşmələrinə gətirib çıxarır. Bir qadın söyləyib ki, mənim ərim 8 il qonşumla münasibətəd olub. “Mən bunu biləndən bəri 3 psixoloq yanında olmuşam və heç bir köməyi olmayıb.” 

Psixoloq yanına gedib ağlayıb-sızlamaqdansa, sizə xəyanət edən tərəfdən intiqam alın. Bu özünüzü rahat və yaxşı hiss etməyinizə daha çox kömək edəcək.

ŞƏRH YAZIN