Sahibkar Olmağın Pik Nöqtəsi .

0
2189
Sahibkar Olmağın Pik Nöqtəsi .

Sahibkarlığa başla , öz işinin ağası ol...

Hansı sahədə olursa olsun sahibkar fərqli düşünməyi bacaran və riskə girməkdən qorxmayan biri olmalıdır .Sahibkarın ana məqsədi biraz sərmayə ilə öz layihəsini reallaşdırıb mənfəət əldə etməkdir. Təbiki bunlar üçün bilik, cəsarət, bacarıq şərtdir. Sahibkarlıq öz işini qurmaq , iş həyatına yeniliklər gətirmək, fürsətləri düzgün şəkildə dəyərləndirməkdir. Hər kəs öz işini qurub , öz işinin ağası olmaq istəyir. Amma fərqlilik edərək uğur əldə edən insanların sayı azdır.Bəs bacarıqlı sahibkar olmağın pik nöqtələri nələrdir?
 
Bunun ən gözəl cavabını  , xüsusilə gənclərin , qadınların iş həyatında olması üçün böyük zəhmət çəkən Rifat Hisarcıklıoğlu verir :
 
Birinci şərt xəyal qurmaqdır, hər şey onunla başlayır. Xəyal qurmayan insan qanadsız quş kimidir. Ümidsizdir və xoşbıxt deyil. Ona görə də ilk vacib şərt xəyal qurmaqdır.
 
İkinci şərt hədəfin olmasıdır. Xəyal qurduq çox gözəl.Xəyalı  hədəfə çevirmədən bir addım belə atmağımız mümkün deyil. Bir uşaq deyir ki, mən böyüyəndə “Hakim olacam “ əslində bu xəyal yox hədəfdir. Olarmı olmazmı məlum deyil , amma o an , o yaşda onun bir hədəfi var və o məlumdur. Çünki, uşaq nə istədiyini bilir “Böyüyəndə polis olub , cinayətkarları tutacam” “Həkim olub xəstələri sağaldacam” balaca uşaq belə xəyal qurmaqda , hədəfinin olmasında sərhədin olmadığını dərk edir. Çünki, hara getdiyini bilən insan üçün dünya belə bir kənara çəkilib imkan verir. (David Starr Jordan )
 
Digər qızıl qayda isə zəhmət çəkməkdir. Zəhmət çəkmədən kim nə əldə edib?! Heç bir şey öz-özünə baş vermir. Gəzmək üçün, oxuya bilmək , yaza bilmək üçün çəkdiyiniz əziyyətləri yadınıza salın.
 
Və daha bir vacib şərt səbirli olmalıdır insan, itirməkdən qorxamamalıdır. Yıxılıb-durar insan, sarsılar.Bu səfər alınacaq dediyi zaman alınmadığını görər. Bax elə o zaman  tərk etmək əvəzinə dayanıb düşünmək, harada səhv etdiyini , tapmalıdır.
 
Məhəmməd Əli : Çempiyonlar bahalı salonlardan yox , içlərində xəyalı, məqsədləri olan insanlardır.
 
 
Tərcümə : Sara Məmmədova

ŞƏRH YAZIN