Varlanmaq istəyirsinizsə, sevdiyiniz qadını...

0
5852
Varlanmaq istəyirsinizsə, sevdiyiniz qadını...

Sevdiyin qadına nə qədər çox pul xərcləsən, bir o qədər xoşbəxt və varlı olursan.

Rusiya mətbuatına istinadən xəbər veririk ki, bu, qadın psixologiyası ilə bağlı aparılmış bir çox araşdırmalarda təsdiq olunub. Bəs niyə belə olur? Ona görə ki, qadın tərəqqi ilahəsidir. O, münasibətlərdə özünü nə qədər xoşbəxt və məmnun hiss etsə, onun həyat yoldaşı karyerasında bir o qədər uğurlu olacaq və müvəffəqiyyət əldə edəcək.

Sevən kişi əziz həyat yoldaşına bahalı hədiyyələr almağa və kompliment deməyə xəsislik etmir. Axı o, yaxşı bilir ki, qadın narazı qalanda onun heç bir işi yolunda getməyəcək və tez-tez çətinə düşəcək. Amma kişinin xanımının qayğısına yaxşı qalması qadının enerjisinin, həyat eşqinin artmasına və xoş əhval-ruhiyyədə olmasına birbaşa təsir göstərir. Bununla da qadın minnətdarlıq əlaməti olaraq həyat yoldaşına müsbət emosiyalar ötürür, onu uğur qazanmağa sövq edir, böyük nailiyyətlər əldə etməyə ruhlandırır və bunun üçün əlverişli şərait yaradır.
 
Əgər kişi öz qadının qayğısına qalmağa can atmırsa, ailənin ehtiyaclarının təmin olunmasına görə məsuliyyəti öz üzərinə götürməyə çalışmırsa, kişinin həyatı həm maddi, həm də mənəvi cəhətdən çətinlik içində keçəcək. Amma elə ki o, lider rolunu öz üzərinə götürür, həyat yoldaşını və öz ailəsini maddi baxımdan təmin etməyə başlayır, onda sözün həqiqi mənasında uğurun bütün qapıları kişinin üzünə taybatay açılır.
 
Məsələ ondadır ki, qadınlar kişilər kimi azla kifayətlənə bilmir. Ona daim rahatlıq lazımdır, ona gözəllik lazımdır, ona yeni təəssüratlar və emosiyalar lazımdır... Və əgər kişi bütün bunları ona verməyə qadirdirsə, bütün ömrü boyu firavan yaşayacaq.
Əlbəttə ki, xanımlar da öz vəzifələrini unutmamalı, tələb edən deyil, ruhlandıran rolunda çıxış etməli, mübahisə edən deyil, bağışlayan, səbirli, sədaqətli, anlayışlı tərəf olmalıdır. Sözsüz ki, öz nəcib cəngavərinin müdrikliyinə, gücünə sonsuz inam bəsləməlidir.
 
Aytən ( publika.az )
 

ŞƏRH YAZIN