Xoşbəxt Evliliyin Sirri: 5 Yaş Fərq

0
3103
Xoşbəxt Evliliyin Sirri: 5 Yaş Fərq

İngiltərəli elm adamları,xoşbəxt bir ailə üçün tərəflər arasında neçə yaş fərq olması üzərində maraqlı bir araşdırma aparıbılar və araşdırma da çox maraqlı nəticə göstərib. Belə ki, ailədə xoşbəxtliyin təmin olunması üçün fərq 5 yaş olmalıdır. Xanım kişidən nə az,nə çox —düz 5 yaş kiçik olmalıdır. 

Bath Universitetində evli olan və ya münasibətlərində ciddi olan 1500-dən çox cütlüklə görüşlər keçirilib və onlara müxtəlif suallar ünvanlanıb. İlk görüşdən 5 il keçdikdən sonra həmin cütlüklərdən 1000-i ilə yenidən görüş təşkil edilib. Bu zaman maraqlı faktlar ortaya çıxıb. Ərindən yaşca böyük olan cütlüklərdə,eyni yaşda olan cütlüklərə nisbətən boşanmalar 3 dəfə çox baş verir. Eyni zamanda qadının yaxşı təhsil alması da,xoşbəxtliyi artıran faktorlardan biri kimi vurğulanıb.

Başqa bir sosial araşdırmada isə, keçmişdə boşanmış qadın və kişinin birlikdəki münasibətlərinin də uzun müddətli olma ehtimalının yüksək olduğunu söyləməyə əsas verib.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN