Xoşbəxt sevgi!

0
2030
Xoşbəxt sevgi!

 Xoşbəxt bir sevgi hər bir kəsin arzusudur. Onun üçün sağlam təməl önəmlidir. Bunun üçün sizə məsləhətlərimiz var:


Qarşılıq gözləmədən paylaşmaq: Münasibətdəki paylaşımlar şəfqət, empatiya və qarşılıqlı hörmət sayəsində gerçəkləşir. Sağlam olmayan münasibətlərdə isə edilən hər şeyin qarşılığı istənilir.

Sevdiyini gözlədiyin biri kimi deyil, olduğu kimi sevmək: Sevdiyinizi bugünki halı ilə sevin. Onun xəyallarını, ümidlərini, şəxsiyyətini daha yaxşı tanımaq üçün çalışın.
Sağlam bir münasibətdə hər iki tərəf də çəkinmədən hər şeyini bir-biriylə bölüşə bilir.

Qazanmaq yerinə düzəltmək üçün çalışmaq: Sağlam bir münasibətdə yaşanan mübahisə digər tərəfin baxışını, düşüncələrini anlamaq üçün çalışmağın göstəricisidir.
Sağlam münasibətdə də hər iki tərəfin ortaq bir hədəfi olur. Sağlam olmayan münasibətdə isə rəqabət başda olur.

Seks boşluq doldurmaq üçün nəzərdə tutulmur. Yaxşı bir seksin bütün problemlərinizi həll edəcəyini düşünməyin. Problemlərin həlli danışıqdır, yataq deyil.

Ən pisi deyil, ən yaxşını görmək. Diqqətimizi hara yönəltmək istəsək, seçimimiz də o olar.
Sağlam bir münasibətdə "sən hər zaman...”, "sən qətiyyən...” kimi cümlələrdən qaçmaq lazımdır. Bir dəfə yanlış davranması həmişə elə davranması anlamına gəlməz.

İstənmiyənin yerinə, istənilənin dilləndirilməsi: "Sənin ailənlə çox vaxt keçiririk, mənim ailəmlə yox” ,- demək əvəzinə "mənim ailəmlə də vaxt keçirməmizi istəyirəm”, - deyin.

Passiv, aqressiv olmaqdansa səmimi və açıq davranmaq: Sağlam bir münasibətdə sağlam, düzgün qərarlar alar və bunun üçün məsuliyyət daşıyırsız.

Bir problemi yox saydığınız üçün deyil, fikir vermədiyiniz üçün üzr istəmək . Sağlam münasibətdə haqlı olmaqdansa xoşbəxt olmağa üstünlük verildiyi üçün "üzr istəyirəm, amma..” demək yerinə "üzr istəyirəm, çünki...”, - deyə məsuliyyəti öhdənizə götürə bilərsiz.

Birlikdə vaxt keçirmək. Birlikdə qəzet oxumaq, işlər görmək, əylənmək də əsasdır. Əsas olan nə edilməsi deyil, birlikdə keçirilən vaxtın keyfiyyətidir.

Sevdiyinin bütün seçimlərini öz üzərinə götürməmək. Sevdiyinizin fərqli qərarları, seçimləri ola bilər. Bütün bunları özünüzlə əlaqələndirməyin.

ŞƏRH YAZIN