Avtomobil İdarəsi Zamanı Qorxunu Yox Edin!

0
2108
Avtomobil İdarəsi Zamanı Qorxunu Yox Edin!

Maşın sürmək bəzən çox əyləncəli, bəzən adrenalin dolu, bəzən həyəcanlı, bəzən də qorxulu olur. Hələ ki, bu maşını ilk dəfə sürənlər üçün. Sükan arxasında əyləşdikdə bütün hisslər bir-birinə qarışır. Amma qorxu hissi daha güc gəlir. Düşünür ki, idarəetməni itirəcək və qəza edəcək. Bir az qorxmaq yolda daha diqqətli olmağa vadar edər. Bəs qorxu bizə idarəetmədə maneçilik törədir və fikrimizi yayındırsa, bununla necə mübarizə edək? Sükan arxasında qorxunu necə dəf edək?

Qorxunun yaranma səbəbləri 

Psixoloqlar iddia edir ki, əgər səbəbini aydınlaşdıra bilsək, istənilən qorxunu aradan qaldırmaq olar.Belə deyək, əgər sən şəhər yollarında hərəkət edərkən yolda heç bir işıqfor və yol işarələrini görmürsənsə, o zaman daha təcrübəli sürücülərlə dəfələrlə məşq etməlisən.Və hər şeyi öyrəndikdən sonra artıq öz sürücülük təcrübəndən istifadə etməyi bacarmalısan. Əgər təpəyə çıxmaqda problem yaranırsa, onda avtodromda "məşq etməyə" çox vaxt ayırmaq lazımdır.

Sükan arxasında qorxunu necə yox edək?

Öz emosiyaları ilə bacarmaq üçün sürücü qabaqcadan səfərə (yola çıxmağa) hazır olmalıdır. Öz-özünü əmin etməldir ki, o artıq bir neçə dəfə bu yolu gedib. Bir anlıq çətin yerləri xatırlamaq və onları beynində dəf etmək məsləhət görülür. Məhz bu üsulla siz sakitləşə və fikrinizi bir yerə toplaya biləcəksiniz.

Qadınların avtomobili idarə etmək qorxusu 

Bu bir faktdır ki, sükan arxasında kişilər qadınlardan daha az qorxu hissi keçirdir. Bu, qismən belədir, çünki kişilər avtomobilin quruluş və fəaliyyət prinsipləri haqda daha geniş məlumata malikdirlər. Qadınlar özlərində inamı daha da artırmaq üçün avtomobildə baş verən proseslərin strukturları ilə tanış olmalıdırlar. 

Qorxu ilə necə mübarizə aparmalı - "özünü inandırma – özünə təlqin” 

Yolda qorxunu dəf etmək üçün "özünə inam – özünə təlqin” üsulundan istifadə etmək məsləhət görülür.Sözsüz ki, bütün insanlar fərqlidir, amma hər insan özündə inam yarada biləcək üsulları axtarıb tapa bilər.Məsələn, öz-özünə deyə bilərsən ki, "toxun” və bir neçə dəqiqə gözünü yumub xəyalında sevimli əşyanı canlandıra bilərsən.

Təcrübə göstərir ki, bəzi insanlar idarəedilməz qorxu səbəbindən heç vaxt avtomobil sürə bilmirlər. Qalanları isə layiqincə öz zəif cəhətlərini üstələyir və qorxu hissini dəf edirlər.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN