Ayrılıq ağrısını geridə qoymaq üçün ...

0
2921
Ayrılıq ağrısını geridə qoymaq üçün ...

 Sevdiyiniz bir insanla yolları ayırmaq heç də asan proses deyil. Hər kəs bu mərhələni bir cür geridə qoyur. Bu müddətdə ayrılıq ağrısını yüngülləşdirmək üçün bir şeylər edə bilərsiniz.

Budur o 9 təklif:

1. Təmiz bir səhifə!

Təmiz bir başlanğıc etmək istəyirsinizsə, ilk etməniz lazım olan onunla olan şəhvətli xatirələrinizi yox etmək olmalıdır! Dəyişməyə yataq otağınızdan başlayın! Yataq otağınızda sizə onu xatırladan nə varsa yox edin, getsin! Alışverişin depressiyaya yaxşı gəldiyi həqiqətini kimsə rədd edə bilməz!

2.Tər atın!

Başınızı davamlı olaraq ayrılığa və ehtimal olunan adamı düşünməmək üçün özünüzü birazca yormaq lazımdır! Bir idman salonuna yazılın və Zumba dərslərinə qatılın! Həm əylənib, həm gözəlləşəcəksiz! Ayrıca idman özünüzü yaxşı hiss etdirəcəyinizə, kədərlənmək üçün çox da fürsətiniz qalmayacaq.

3. Dostlarınıza vaxt ayırın!

Ayrılıq sonrası "əsla" etməməniz lazım olan şeylərin başında özünüzü evə bağlamaq gəlir! Dostlarınıza əlaqəniz müddətində ayıra bilmədiyiniz vaxtı düzəltmək üçün böyük bir fürsət var qarşınızda! Pijama partiləri və ya gecə gəzmələri sizi özünüzə gətirəcək. Üstəlik dostlarınızla gəzmək tək hissetməmənizi təmin edəcəyi üçün, başqasına çox da ehtiyacınız olmadığını başa düşəcəksiz!

4. 30 gün diyeti!

Xeyr, bəhs etdiyimiz möhkəm bir meyvə suyu pəhrizi deyil! Bu pəhrizə "Sıfır Əlaqə" deyirik. Onunla və ona dair heç bir şeylə 1 ay boyunca heç bir şəkildə görüşüb, ünsiyyət halına keçməməlisiniz. Beləcə onsuz da yaşayabileceğinizi özünüzə isbat etmiş olacaqsınız!

5. Makyaj çantanızın genişləndirilməsi!

Bir neçə yeni makyaj vəsaiti alın! Yeni bir görünüş özünüzü cazibədar hiss etmənizə səbəb olacağı üçün özünüzü yaxşı hiss etdirəcək. Dumanlı bir göz makyajı, qırıq ürəyinizi düzəltməyə tam olaraq yetməsə də, bir müddət nə qədər ağladığınızı gizləyəcək!

6. 15 dəqiqə düşünmə icazəsi!

Bir şeyi özmüzdə çox fikirləşdikdə, əslində beynimizin dəyişikliklə təbii bir şəkildə başa çıxmağ şəklidir. Buna görə bu mövzuda özünüzə bir az icazə verin! Sağlam düşünbildiyiniz bir zamanda başınızı əyləndirən vəziyyət üzərində düşünməyə çalışmanız, bu vəziyyət üzərində nəzarət sahibi olmanızı asanlaşdıracaq və ayrılığa alışma müddətinizi sürətləndirəcək. Təbii, şişirtməmək şərtiylə!

7. Eqonuzu qidalandırmaq!

Bcara bilmədiyinizi düşündüyünüz hər hansı bir şeyi öyrənməyə çalışın! Dans kurslarına yazılın, yeni bir dil öyrənin, yeni insanlar tanıyın, yeni hobbilər əldə edin! Bacara bilmədiyiniz bir şeyi bacardığınızı gördüyünüzdə gücünüz yerinə gələcək, və özünüzü heç olmadığı qədər yaxşı hiss edəcəksiniz!

8. Möhtəşəm bir gəzintiyə çıxın!

Ayrılığa ən yaxşı gələn şeylərdən biri də heç şübhəsiz, hər şeydən bir az olsun uzaqlaşmaq! Yalnız edəcəyiniz səyahəti ayrılığın dərhal ardından etməməyə cəhd göstərin. Başınız daha dinc və düşüncələriniz daha oturmuşkən etdiyiniz bir tətil onu unutmağınızda son dərəcə faydalı olacaq.

9. Heyvanlarla dostluq edin!

Araşdırmalara görə heyvanlarla ünsiyyət, romantik yaxşılaşmağa köməkçi olur. Sırf ayrılıq ağrısı çəkirsiniz deyə ev heyvanı əldə edin demirik çox təbii. Təəssüf ki, bu vəziyyət bir çox heyvanın küçələrə atılmasına səbəb ola bilir. Özünüzdə onlarla maraqlanacaq gücü və sevgini görürsünüzsə bir heyvan əldə edə və ya baxımını boynuna götürə bilərsiz. Ya da bir yoldaşınızın ev heyvanına həftə sonu baxmaq, sizə özünüzü yaxşı hiss etdirəcək gözəl bir fikir ola bilər.

ŞƏRH YAZIN