Depressiyadan çıxış üçün ...

0
2580
Depressiyadan çıxış üçün ...

 Əhvalımız hər zaman yaxşı olacaq deyə, bir qayda yoxdur. Bəzən kefimizi pozan şeylər olur. Məhz əhvalımızın pis olduğu zamanlar həyatımızın risk altında olduğu bir dövrdür. Depressiyanın ilkin əlamətləri ortaya çıxdıqdan sonra onu ciddi qəbul etməsəniz, illərlə sıxıntısını çəkə bilərsiniz. Bu xəstəlik terapiya və dərmanlarla müalicə olunsa da, alternativ müalicə növləri də mövcuddur.


Depressiyanın qarşısını almaq üçün qidalanma rasionuna fikir verilməlidir. Şəkərin miqdarının yüksək olduğu və rafinə karbohidratlı yeməklərdən adətən uzaq durmaq faydalıdır. Uzaq durmağın ən vacib səbəbi isə odur ki, bu qidalar vücuddaki qan şəkərinin miqdarının ani artmasına və aşağı düşməsinə şərait yaradır. Bu hal isə yorğunluq və əsəbiliyə yol açır. Mütəxəssislər qeyd edir ki, depressiv vəziyyətdə olduğunuz zaman alkoqollu içkilərə fikir verməmək lazımdır. Spritli içkilər pis vəziyyətdə olduğumuz zamanlarda özümüzü yaxşı hiss etdirə bilər. Lakin bir müddət sonra vəziyyətin əksinə olma ehtimalı olduqca yüksəkdir.

Depressiya hallarına alternativ yollar tapmaq istəyirsinizsə, bunu təbii şəkildə təmin edin. Qidalanmanıza fikir verin və işə onu düzgün rejimə salmaqla başlayın. Omega-3 yağı bu zamanlarda lazım olan əsas şeydir. Bundan başqa, həzm sisteminə yaxşı təsir edən qidalar yeyin.

Depressiyalı bir vəziyyətdə heç bir şey etmək istəməyə bilərsiniz. Lakin bu haldan uzaq durmalısınız. Özünüzü bir idman növünə alışdırmalısınız. Təbiətdə daha çox gəzinti və yüksək səsli musiqi dinləmək də yaxşı təsir edir.

ŞƏRH YAZIN