Depressiyaya Kimlər Meyillidir?

0
2324
Depressiyaya Kimlər Meyillidir?

Gözəl qızlar və yaraşıqlı oğlanlar digərləri ilə müqayisədə depressiyaya daha çox meyillidir. Amsterdam psixoloji yardım mərkəzinin psixoloqları bu qənaətə gəliblər. Belə ki, gözəl insanlar çoxlu probləmlərlə üz-üzə gəlirlər. Bu problemlərə özlərini reallaşdıra bilməmək, ətrafdakıların ümidlərini doğrultmamaq kimi düşüncələri aid etmək olar.
Mütəxəssislərin fikrincə, gözəl insanların psixoloji problemlərinin səbəbi təkcə onların xarici görünüşü ilə əlaqəli deyil,  eyni zamanda onlara uşaqlıqdan verilən tərbiyə ilə də əlaqəlidir. Onlarda depressiyaya ən çox keçid dövründə rast gəlinir. Cinsi yetişkənlik dövründə onlarda neqativ xüsusiyyətlər meydana gəlir. Onların hərkətləri ətrafdakılara aqressiv təsir edir.
Psixoloqlar aydınlaşdırır ki, uşaq yaşlarından valideynlər və müəllimlər onları hər kəsdən seçir ve onlara daha çox ümid bəsləyir. Daimi diqqet mərkəzində olan uşaq stress vəziyyətindən çıxa bilmir. Beləliklə də, onlarda ətrafdakıların onlara bəslədiyi ümidləri doğrulda bilməmək kimi hisslər yaranır.
Bununla yanaşı gözəl uşaqlar özlərini xüsusi, yaşıdlarından fərqli hiss edir ki, bu da onlara başqaları ilə dostluq münasibətləri qurmaqda çətinlik yaradır.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN