Əsəbləriniz oyaqdır və sakitləşməniz gərəkdir. Amma sakitləşmək üçün nə etməlisən, bunu bilmirsiniz. O zaman sizə mütəxəssislərin stressin qarşısını alan 15 üsulunu təqdim edirik.
1. Düzgün nəfəs alın – Bizim kefimizin və əhval-ruhiyyəmizin normal olmasında nəfəs almağın böyük əhəmiyyəti var. Diqqət yetirsəniz görərsiniz ki, əsəbi olduğumuzda biz başqa cür nəfəs alırıq, rahat olduqda başqa cür.
2. Dərin nəfəs : belinizi düz saxlayın, çiyinlərinizi aralı tutun, dərindən yavaş-yavaş nəfəsinizi alın-verin, verdiyiniz nəfəs aldığınızdan daha uzun olmalıdır.
Özünüzlə danışıq aparın – Hər məsələyə qarşı fəlsəfi yanaşmağa çalışın. “Mən onsuzda heç nəyi dəyişə bilmərəm”, “bu yaxşıya addımdır”, “zaman hər şeyi düzəldəcək” deyə özünüzü sakitləşdirməyə çalışın.
3. Su ilə təmasda – İsti duş stres atmaqda kömək olacaq. Kontrast duşdan çəkinin bu əksinə əsəblərinizi oyadacaq. Vannada uzanaraq musiqi dinləmək imkanınız varsa bunu mütləq edin.
4. Özünüz üçün komfort yaradın – Təmiz otaq, rahat yataq əsəblərinizə müsbət təsir göstərəcək.
5.Özünüzə zaman ayırın – Sizi narahat edən sualları bir kənara qoyun. Bir müddətlik olsa da sevimli işlərlə məşğul olun. Çox ağır stres zamanı məkanı dəyişmək məsləhətdir: sanatoriyaya və ya kurorta getmək.
6.Başınızı və üzünüzü masaj edin – Başda sinir hüceyrələrinin çox miqdarı toplandığı üçün onu masaj etmək faydalıdır. Alından başın arxasına kimi edilən masaj sizi sakitləşdirəcək. Həmçinin dairəvi barmaq hərəkəti ilə yanaq, alın və gicgahınızı da masaj edin.
7.Şirniyyat yeyin – Əsəbi olduğunuzda şirniyyat yeyə bilərsiniz, çünki bu zaman orqanizmdə sizi sakitləşdirəcək hormonlar ifraz olunur.
8.Hərəkət edin – İstənilən hərəkət qanın yaxşı dövran etməsinə kömək edir. Siz əsəblərinizi qorumaq üçün rəqs, yoqa, idman ilə məşğul ola bilərsiniz.
9.Yerdəyişmə edin – Deyirlər ki, sizi əhatə edən 27 əşyanın yerini dəyişsəniz ətrafınızda olan enerji daha sərbəst sirkulyasiya edəcək, bu isə müsbət təsir göstərəcəkdir. Bundan əlavə evdə təmizlik işləri ilə məğul olmaq insana rahatlıq hissi gətirir.
10.Rəsm çəkin – Şəkil çəkmək həmişədən sakitləşdirici vasitə hesab olunurdu. Lakin belə qabiliyyətiniz yoxdursa uşaqlar üçün nəzərdə tutulan şəkilləri rəngləməklə məşğul olun.
11.Aromaterapiyadan istifadə edin – Gül qoxuları emosional vəziyyətə müsbət təsir edir. Bu ətirləri vanna qəbul edərkən də istifadə etmək mümkündür.
12.Yatın və düzgün qidalanın – Yuxu və düzgün qida stresə qarşı ən güclü vasitədir.
13.Gülün, Gülüş ömür uzadır – çünki bu zaman xoşbəxtlik hormonu endorfin ifraz olunur. Komediya filmlərinə mütəmadi olaraq baxın ki, gərqinliyiniz aradan qalxsın.
14.Sakitləşdirci qəbul edin – Sakitləşdirci çaylar, damcılar, həblər hər zaman köməyinizə çatacaq.
15. Mütəxəssisə müraciət edin – Yuxarıda sadalananlardan heç bir vasitə kömək etməsə, deməli siz artıq dərin depressiv vəziyyətdəsiniz. Buna görə psixoloq və ya psixoterapevtə müraciət etməyiniz yerinə düşər.