İynədən Qorxursunuzsa ...

0
2407
İynədən Qorxursunuzsa ...

Siz də iynədən qorxursunuz? O zaman yazını diqqətlə oxuyun.

London kolleci ilə Milanın Bikokka universiteti tərəfindən ortaq aparılan araşdırma maraqlı nəticələr üzə çıxarıb. Araşdırmaya 18 könüllü qatılıb. Onların əllərinə tədricən artan istilik tədbiq edilib. Eksperimentə qatılanların ətrafına isə güzgü yerləşdirilib. Könüllülər bu yolla əlləri üzərində aparılan prosesi izləyib. Nəticədə bəlli olub ki, insan üzərində hər hansı proses gedəndə, ona baxmaq ağrını azalda bilər. Qısacası, iynəyə baxmaq da ağrını azaldır.

Tədqiqatçılardan biri olan professor Patrik Haqardın sözlərinə görə onlar adətən uşaqlara iynə vurularkən və ya qan verərkən proses aparılan yerə baxmamağı məsləhət görürlər. "Ancaq əldə etdiyimiz nəticələr buna baxmağın duyulan ağrı hissini azaltdığını ortaya çıxarıb".

Alimlər beyində görüntü və ağrı hissetmə şəbəkələri arasında əlaqə olduğunu düşünürlər. Onların fikrincə, bu araşdırma yeni müalicə üsullarının yaranmasına da kömək edə bilər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN