Körpə Olduqdan Sonra Evlilikdə Yaşanan Problemlərin Dəf Edilməsi.

0
1649
Körpə Olduqdan Sonra Evlilikdə Yaşanan Problemlərin Dəf Edilməsi.

Körpəsiz hec bir ailəni təsəvvür etmək olmaz.Körpənin doğulması ilə ailədə məsuliyyət duyğusu artır.Körpənin bəslənməsi ana tərəfindən təmin edildiyi üçün, körpə anadan daha çox asılıdır və bu da ananın boynuna götürdüyü iş yükünü daha çox artırır.Bu tip bir məsuliyyət qadının indiyə qədər öz həyatı ilə əlaqədar almış olduğu bütün məsuliyyətlərdən daha fərqlidir.Ana normadan daha az və ya yaxşı yatmaz,körpəyə qulluq daha önəmli olduğu üçün öz baxımına laqeyd yanaşa bilər.Nəticədə özünü yorğun və baxımsız hiss edər.
İlk aylarda qadın evdə,kişi işdədir.Bu vəziyyət ənənəvi qadın-kişi rollarını və iş bölgüsünü ortaya çıxarda bilər.Əgər qadın aktiv bir iş həyatına alışmışsa,bu tip bir rolda çətinlik çəkər və özü ilə əlaqədar məsələlərdə qarışıqlıq yaşaya bilər.Əgər bu dövr ananın gözlədiyindən uzun sürərsə,ana özünü evə və analıq şəxsiyyətinə həbs olunmuş hiss edə bilər və bu vəziyyətdən çətinlik çəkməyə başlayar.
Qadında baş verən bütün bu dəyişikliklərin kişi üzərində birbaşa təsiri vardır.Kişi də yoldaşıyla birlikdə:
- Yuxusuzluq və yorğunluq yaşayar.
- Gündəlik məsuliyyətləri artar.
- Həyata aid prioritetləri yenidən formalaşar.
- Özünə daha az baxan və daha narahat bir yoldaşla qarşı-qarşıya qala bilər.
- Yoldaşının cinsi əlaqəsinin azalması ilə birlikdə cinsi həyatı daha az aktiv hala gələr.
- Uşağın gəlişinin müsbət qarşılandığı halda,yoldaşıyla əlaqədə problemlər yaşamağa başlayar .

Bir körpənin yalnız anaya deyil,eyni zamanda bir ataya da ehtiyacı vardır.Ona görə ata,ana qədər yaxşı qayğılı olmasa belə,uşağın onunla vaxt keçirməsinə imkan vermək lazımdır.
Ər-arvad yaşadıqları dəyişmələri və çətinlikləri mütləq açıq şəkildə bir-birləri ilə paylaşmalı və ən çox hansı nöqtədə dəstəyə ehtiyac duyduqlarını bir-birinə söyləməlidirlər.
Qadınlar doğumdan sonra özlərini əvvəlki kimi cazibədar hiss etməyə ya da cinsəllik üçün enerji tapmaqda çətinlik çəkə bilərlər.Halbuki cinsi həyatın evliliyi bəsləyən əhəmiyyətli qaynaqlardan biri olduğunu unutmamaq lazımdır.Analıq vəzifələrini öndə tutaraq,cinsi həyatı unutmanın nə qadına nə də kişiyə faydası vardır.


Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN