Nitqin Xüsusiyyətləri.

0
11387
Nitqin Xüsusiyyətləri.

Qlobal maliyyə böhranı çox adamı son dərəcə ağır vəziyyətdə qoydu – burada, daimi iş yerinin itirilməsi, borclar, qeyri sabit vəziyyət,  gələcək məqsədlərin müəyyən olunması kimi çətinliklər yarandı.

Depressiv durumun yaranma səbəbləri, daimi olan əsəb pozuntuları və ümumiyyətlə insanın tam diskomfort vəziyyətdə olması çox halda öz aralarında oxşardır və buna görə dünyada müvcud olan qeyri sabit maliyyə şəraitində çox insanların emosional zəifliyini cəsarətlə maliyyə sarsıntısı nəticəsi kimi qəbul etmək olar. 

Yaranmış uğursuz iqtisadi iqlimin psixoloji tarazlığa necə təsir etdiyini psixologiya sahəsində aparılan tədqiqatlar izah edir və depressiv vəziyyətdən çıxmağın mümkünlüyünü məsləhət verirlər.


Bəs maliyyə böhranının şəxsiyyətin psixoloji tarazlığına təsiri necədir?

Maliyyə və iqtisadi böhran formalaşmış həyat quruluşunda əhəmiyyətli dərəcədə dəyişikliklərə gətirir: vərdiş etdiyiniz həyat tərzinin dəyişməsi, özünə qiymət vermə səviyyəsinin azalması, yeni, bir qayda olaraq məhdudlaşdırılmış maliyyə vəziyyətində həyat fəaliyyəti,  bunlar güclü emosional pozuntuya gətirə biləcək əlamətlərdir.

İnsan işdən azad edilmə xəbəri aldıqda güclü emosional stress keçirir və çox halda onunla düzgün olmayaraq, haqsiz və hətta rəhmsizcəsinə rəftar etdiklərini düşünür və baş verənlərə belə reaksiya tamamilə normal hesab olunur. Həyəcanın artmasına səbəb olan, borcların geri qaytarmağın qeyri-mümkünlüyü qorxusu əmələ gəlir və bu, öz növbəsində çox yayılmış emosional göstəricidir.

Daha çox yayılmış emosional pozuntuların əlamətləri:

1. Sağlamlıq səviyyəsində  dəyişiklik, yuxu ritminin, diqqətin bir yerə cəmləşdirilməsi qabiliyyətinin pozulması, əsəbilik və iştahın pozulması.

2. Vərdiş edilmiş  gün rejiminin dəyişilməsi, işə və xoşunuza gələn işlə məşğul olmağa marağın azalması, yataqda çox qalmaq həvəsi, dostlarla və tanışlarla görüşlərin ləğv edilməsi.

3. Öz gücünüzə arxayın olmamaq, Beyninizdən şəxsiyyətiniz barədə çıxmayan “Mən bacarmaram”, “Mən şəxsiyyət kimi formalaşmadım”, “ Mən heç vaxt yaxşı iş tapa bilməyəcəyəm” kimi, fikirlər.

Bəli, işinizi itirmək və  həyat səviyyənizin aşağı düşməsi xəşagəlməz haldır, lakin bunlar fəlakət deyil. Maddi çətinlikləri həll etmək üçün vacib qaydalara riayət etmək lazımdır: aktiv olmaq, qorxmamaq və alkoqollu içkilərdən depressiyaya qarşı mübarizədə “dərman” kimi istifadə etməmək .

Bundan başqa, insan öz gündəlik nizam qaydalarına dəqiq riayət etməyə davam etməlidir. Məsələn, əgər o səhərlər qaçışla məşğul olursa, bundan imtina etməməlidir. Adət edildiyi həyat quruluşunun pozulması qidanın qəbul edilməsinin ritmikliyini və keyfiyyətini poza bilər və bunun nəticəsində sağlamlığınızı zəiflədər.

Stress vəziyyətdə insan özünü həyəcanlı hiss edir, özünə qapanır, öz problemləri barədə danışmaqdan imtina edir və bununla emosional gərginliyinin zəifləməsi və bəlkə də xeyirli, vaxtında verilmış məsləhət almaq imkanından məhrum olur. Maddi planda yaranmış çətinliklər insanı panika vəziyyətinə gətirməməlidir. Borclar prioritet üzrə dəqiq yerləşdirilməlidir və vəsaitlərə qənaət etmə planı tərtib olunmalıdır. Bunu müstəqil yaxud müvafiq mütəxəssislərdən istifadə edərək etmək olar. Hər halda maddi vəziyətinizin sıxıntılı olduğu barədə qərar almağınız gərəkli olar, bu sizə vacib ödəmələr üzrə bəzi kompensasiyalar yaxud imtiyazlar verə bilər.

Və nəhayət, iqtisadi tənəzzüllə əlaqədar stress vəziyyəti keçirmiş insanlar üçün psixoloji yardıma yönəlmiş xüsusi psixoloji treninqlər mövcuddur.  Maddi səviyyənin azalması ilə əlaqədar problemlər bir qayda olaraq, ancaq bir adamın problemi deyil, həmçinin onun ailəsinin problemidir, və çox vaxt buna oxşar problemlər gərginlik və ailədə münaqişələrə gətirir. Belə vəziyyətdə axib gələn emosiyaları saxlamaq bacarığı və özünüzü bu problemlərin həllinə hazırlamağınız hətta bəzən həyati baxımdan çox zəruridir.


 

ŞƏRH YAZIN