Qorxularınızla Üzləşin

0
1712
Qorxularınızla Üzləşin

Hər birimizin qorxuları var. Üzləşməkdən qorxduğumuz bu qorxuları dəf etməyin zamanı gəlmədimi? Elə isə, bu təkliflərlə qorxularınızı unudun.

- Qorxu hislərinizi qəbul edin. Fərdi fərqliliklər sizə seçki şansı təqdim edər.

- Bədəninizdəki qorxu mərkəzini təyin edin. Bu mədəniz, çiyniniz ya da gərginliyi hiss etdiyiniz hər hansı bir yer ola bilər.

- Qorxu orqanını düşünərək dərin nəfəs alın. Beləcə rahatlayar və gərginliyi təyin edərsiniz. Nəfəs verərkən qorxunuzu bədəninizdən atdığınızı və içinizə dinclik dolduğunu xəyal edin.

- Gün içində nizamlı olaraq su için. Təcrübələrimə görə, su mənfi hislərin uzaqlaşmasına köməkçi olur və sizi sakitləşdirir.

- Özünüzə davamlı kömək və cəsarət verən sözlər deyin. Özünüzün ən yaxşı dostu olun və ən yaxın yoldaşınıza necə davranırsınızsa,elə davranın.

- Qorxu enerjisini fiziki məşqlə xərcləyin.

- Bitməmiş işlərinizi tamamlayın.

- Başqa insanlardan kömək istəməyə çəkinməyin. Özünüzü tək hiss etməyin. Qorxu çox insani bir hisdir.

- Qorxarkən belə özünüzü sevin. Sevginiz ən qorxunc hislərinizə belə qalib gəlir. Sevgi qarşısında qorxu azalar.

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN