Stresdən qurtulmağın ən mükəmməl yolu

0
3606
Stresdən qurtulmağın ən mükəmməl yolu

İngilis alimləri müəyyən ediblər ki, mütaliə prosesində insan stresli situasiyaları çox tez və effektiv şəkildə dəf edə bilir. Belə ki, bir sıra faktlara əsasən deyə bilərik ki, mütaliə stressi aradan qaldırmağın digər üsul və vasitələrindən daha təsirlidir.

Alimlərin könüllülər üzərində apardıqları eksperimentlər göstərir ki, hətta gündə cəmi iki səhifə oxumaq nəbzi normallaşdırır, əzələləri boşaldır, insanı üst-üstə yığılmış əsəbi gərginlikdən xilas edir. “Healthvesti” portalının bildirdiyinə görə, eksperiment iştirakçıları arasında stresin səviyyəsi bütövlükdə 68% aşağı düşüb.

Britaniya tədqiqatçıları onu da müəyyənləşdiriblər ki, streslə mübarizədə musiqi, video oyunlar, çay və kofe də müsbət təsir göstərir. Ancaq hətta bütün bu vasitələrin birlikdə təsirindən daha effektlisi isə mütaliədir.

Alimlər qeyd ediblər ki, insanın hansı kitabı oxumasının fərqi yoxdur, əsas odur ki, oxucu müəllifin yaratdığı aləmə daxil olsun və bunun detektiv və ya tarixi roman olmasının heç bir əhəmiyyət daşımır. Əsas odur ki, insan bəyəndiyini oxuyur və bu da onu ətraf aləmdən təcrid edərək stress yaradan amilləri aradan qaldırır.

 

ŞƏRH YAZIN