Stresslə Başa Çıxmaq Üçün ...

0
1813
Stresslə Başa Çıxmaq Üçün ...

1. Özünüzə zaman ayırın.

Həyatımızın çoxunu izdiham içərisində oradan oraya süründürülərək keçirərik. Halbuki, daha sağlam yaşaya bilmək üçün arada-sırada həyatın içində fasilə vermək və özümüzlə baş-başa qalmaq zehni, romantik və fiziki baxımdan özümüzü daha yaxşı hiss etməmiz üçün olduqca faydalıdır. Özünüzə zaman ayıraraq müsbət düşünmək üçün ehtiyacınız olan addımları daha yaxşı planlaya bilərsiniz.

2. Ürəyinizin və beyninizin səsini dinləyin.

Həyatımızın dərhal hər sahəsində başqalarıyla birlikdə olmaq məcburiyyətində qalarıq. Bu səbəblə içində olduğumuz qrupların digər üzvlərinin üzərimizdə təsirli olması fərqində olmadan qapıla biləcəyimiz bir vəziyyətdir. Digər insanların bizim nə düşündüyümüz və nə etdiyimizlə yaxından maraqlandıqları fikri, mənfi düşüncələrin çox tez ortaya çıxmasına yol aça bilər. Özümüzə olan etibarımızı artırmaq və ətrafımızdakı insanların üzərimizdə yaratdığı təzyiqdən xilas olmaq üçün atılan hər addım, müsbət düşünmək üçün bizə köməkçi olacaq. Hadisələrin ya da insanların sizi məhdudlaşdırmasına icazə verməyin.

3. Həyatdan zövq alın.

Həyatın zövq verən, quruluşçu və xoş istiqamətlərinə adabta olun, özünüzə güvənin. Ətrafınızda müsbət, optimist kəslər saxlayın.

4. Sağlamlığınız üçün idman edin.

Sağlam qidalanmaq və idman etmək, insanın fiziki baxımdan özüylə maraqlanması və zehni qabiliyyətlərini öz idarəsi altında daha müsbət bir səviyyəyə çatdırması üçün əhəmiyyətlidir. Özünüzü fiziki olaraq rahat və yaxşı hiss etsəniz, düşüncələrinizin də müsbət olması və daha müsbət bir dünyagörüşünə sahib olmanız asanlaşar. Daha optimist düşüncələr üçün sağlam bəslənməniz və idman etməniz lazım olduğunu unutmayın.

5. Keçmiş keçmişdə qalsın.

Həyat hər gün yenidən başlar. Dünya hər səhər yenidən qurular. Pis xatirələr, mənfi duyğuların ortaya çıxmasına köməkçi olma xüsusiyyətinə malikdir. Keçmişdə yaşadığımız pis şeyləri xatırladıqca, hiss etdiyimiz mənfi hissləri də xatırlayar və zehni olaraq o günlərə geri dönərik. Əhəmiyyətli olan belə bir vəziyyətdə pis şeyləri unutmaq deyil, onların yaddaşlarımızda əldə etdiyi mövcud əhəmiyyəti azaltmaqdır. Keçmişin əhəmiyyətini azaldaraq onun düşüncələrimizi mənfiyə çevirməsinə mane ola bilərik. Keçmişi keçmişdə buraxıb gələcəyə baxmaq yaxşı bir başlanğıcdır.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN