Psixoloji Problemlərdən Xilas Olun

0
1719
Psixoloji Problemlərdən Xilas Olun

Bir öncəki yazılarımızın birində psixoloji cəhətdən sağlam insanlardan danışdıq. Bu yazımızda isə, psixoloji problemlər yaşayan insanlar üçün həll yollarından danışacağıq. Ümid edirik ki, qeyd etdiyimiz yollarla bu problemdən xilas ola biləcəksiniz.

-Hirs, kin sizə yaxınlaşanda gülümsəyin.

-Varlıq dilini öyrənin.

-Həyata bayram kimi yanaşın.

-Sizə qaytarılmayan borclara görə üzülməyin.

-Qoy həyatınız ətir saçan yonca kimi olsun.

-Qoy sizin sözləriniz xoşniyyətli və öyrədici təsirə malik olsun.

-Kin saxlamayın və sizi incidənləri bağışlayın.

- Həyatın hər anında oxuyun.

-Zamanınızı, pulunuzu,enerjinizi və qidanızı boşuna sərf etməyin—israfa yol verməyin.

-Keçmiş səhvlərinizə görə üzülməyin.

-Hər şeyi yenidən başlamağa hazır olun.

-Öz zənginliyinizi öz lənətinizə çevirməyin.

-Başqalarını günahlandırmayın, özünüzü mühakimə etməyin.

-Təbii olun, suniliyə yol verməyin.

-Nəsə əldə edərkən və itirərkən özünüzə kənardan baxın.

-Bədbəxtçilik və xəstəliklərinizin səbəbini özünüzdə axtarın.

-Qarşıdurmadan çəkinin.

-Sizə bəxş edilənləri sevinclə qəbul edin və minnətdar olun.

-Günəşin doğuşunu ehtiramla qarşılayın.

-Həyatınızı sürünərək yaşamayın.

-Kütləni ürəyinizə buraxmayın.

-Sevinin və Sevin.

-Sizin ətrafınızda işıq, parlaqlıq yaradan şeyləri edin.

Öz şəfanızı belə tapmış olarsınız....
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN