Bədənimizin Enerji Mərkəzləri

0
4350
Bədənimizin Enerji Mərkəzləri

 Bədəndə enerjinin axdığı yüzlərlə enerji mərkəzi var. Bunlardan 7 ana enerji mərkəzinə ÇAXARA deyilir. Çaxara Sanskritcədə hərəkətli dairə -təkər- və ya volteksi mənasını bildirir. Fiziki bədənin yaşaması üçün lazımlı olan enerji çaxaralar vasitəsilə auranın laylarından və eterik, romantik (astral), zehni və ruhi bədəndən keçərək fiziki bədənə axar.


Yeddi ana çaxaradan hər birinin həm fiziki, həm də şüurumuza təsir edən müəyyən funksiyaları var. Bununla yanaşı, hər biri bədənin endokrin sistemi və bütün ifrazat bezləriylə əlaqəlidir. Çaxaraların hər birinin müəyyən tezliyi və rəngi var. Eyni zamanda, hər biri digərləri ilə əlaqəli və davamlı enerji mübadiləsi halındadır. Bu səbəblə bir və ya bir neçə çaxaradakı tutulmalar və balanssızlıqlar bütün çaxara sisteminə təsir edər.

Çaxaraların varlığını bilmək və necə çalışdıqlarını anlamaq, öz varlığımızda uyğun və sağlam bir bütün yaratmaq həyatımızın hər istiqamətində sağlam funksiya göstərə bilmək üçün son dərəcə əhəmiyyətlidir. Çaxara sisteminin fərqinə varmaq adamı şüurlandıraraq həm fiziki, həm də ruhi cəhətdən uyğunlaşdırar və tarazlıq təmin edər. Gəlin, 7 ana çaxara ilə tanış olaq.


1. Muladhara Chakra (Kök çaxarası): Quyruq hissəsində, reproduktiv orqanlar arasında yerləşər (mul: kök; adhara: yer, məkan).

Təsirlənən orqanlar: Cinsi Orqanlar, qan, sümük, hüceyrələr və s.

Təsirə məruz qalan ifrazat bezi: böyrəküstü vəzləri (adrenalin)

Rəng: Qırmızı, dörd tac yarpaqlı çaxara


2. Swadhistana Chakra: Göbəyin alt hissəsindədir (swa: öz; adhisthana: məkan)

Təsirlənən orqanlar: Qaraciyər, dalaq, bağırsaqlar, böyrəklər, sidik kisəsi, qan və s.

Təsirə məruz qalan ifrazat bezi: Cinsi ifrazat vəziləri

Rəng: Narıncı, altı tac yarpaqlı çaxara.


3. Manipura Chakra (Göbək çaxarası): Göbəyin iki barmaq üstündədir (mani: ləl-cəvahirat; pura: şəhər).

Təsirlənən orqanlar: Dalaq, qaraciyər, öd kisəsi, sinir sistemi, Pankreas

Təsirə məruz qalan ifrazat bezi: Pankreas

Rəng: Sarı, on tac yarpaqlı çaxara


4. Anahata Chakra (Ürək çaxarası): Gövdənin ortasında, ürək ətraflarındadır (an: xeyr; ahat: vuruş).

Təsirlənən orqanlar: Ürək, ciyərlər, qan dövranı.

Təsirə məruz qalan ifrazat bezi: Timus vəzi

Rəng: Yaşıl, on iki yarpaqlı çaxara


5. Vishouddha Chakra (Boğaz çaxarası): boğazın ortasındadır (vi: kənarda; shouddha: təmizlənilmiş).

Təsirlənən orqanlar: Boyun, boğaz və s.

Təsirə məruz qalan ifrazat bezi: Troid və paratroid vəziləri

Rəng: Mavi, on altı tac yarpaqlı chakra


6. Ajna Chakra (Alın çaxarası): Alının gerisində, iki qaşın ortasında, burnun kökündədir (ajna: əmr edən).

Təsirlənən orqanlar: Gözlər, beyin

Təsirə məruz qalan ifrazat bezi: Hipofiz vəzi

Rəng: İndigo (tünd bənövşəyi rəngi); iki tac yarpaqlı çaxara.


7. Sahasrara Chakra (Tac çaxarası): Kəllənin ən üst nöqtəsindir (sahasra: min; ra: taçyaprak).

Təsirlənən orqanlar: Beyin, sinir sistemi

Təsirə məruz qalan ifrazat bezi: Epifiz bəzi

Rəng: bəyaz; min tac yarpaqlı çaxara.

ŞƏRH YAZIN