Ətirlərlə Stressdən Uzaq Ol!

0
2190
Ətirlərlə Stressdən Uzaq Ol!

Stressli olduğun zamanlarda lavanta, limon, mango ya da digər xoş ətirli bitkilər sizin köməyinizə çata bilər. Yapon elm adamları bəzi ətirlərin gen hərəkətliliyini və qanın kimyasına təsir edərək stress səviyyəsini azaltdığını qarşıya qoyan ilk elmi dəlilləri ortaya çıxardılar. Bu tədqiqat Journal of Agricultural and Food Chemistry adlı jurnalda nəşr olundu.

Yeni araşdırmaya görə Akiio Nakamura və qrupu, insanların qədim zamanlardan üzü bəri stressi azaltmaq, depressiya ilə başa çıxmaq və yuxu keyfiyyətini artırmaq məqsədiylə bəzi bitkilərin ətirlərini istifadə etdiklərini ifadə etdi.

LAVANTA VƏ NANƏ

Ruh və bədən sağlamlığını yaxşılaşdırmaq məqsədiylə ətirli bitki yağlarının istifadə edildiyi Aromaterapi seansları son illərdə alternativ tibb üsulları arasında olduqca məşhur bir yerə sahibdir. Təbii olaraq lavanta, nanə və digər bitkilərdə olan və gözəl ətir məzmunu olan linalol, romantik stressi azaltmaq üçün istifadə edilən ən məşhur ətirlər arasındadır

Ancaq günümüzə qədər  linalolun bədənimiz üzərindəki təsiri tam mənasıyla həll edilə bilmədi.

Tədqiqatçılar laboratoriya siçanlarını iki qrupa ayırdılar. İki qrupu da stressli vəziyyətə salmalarına baxmayaraq, bir qrupa linalol iylədilərkən, digər qrupa isə heç bir maddə iylədilmədi. Linalol, immunitet sistemindəki artan stress səviyyəsini normala yaxın bir hala gətirmədə müvəffəqiyyətli oldu. Linalol, eyni zamanda stress zamanlarında həddindən artıq işə başlayan 100 — dən çox gendəki hərəkətliliyin azaldılmasına köməkçi oldu.

Edilən bu tədqiqatların nəticəsi olaraq atalarımızdan günümüzə qədər gələn gözəl ətir vərdişi elmi ətraflarda da etibarlılığını sübut etmiş oldu. Elm adamları isə bu tədqiqatların stressi yaxşılaşdıran ətirləri qəbul etmədə istifadə edilə biləcək olan testlərinə yeni bir dünyagörüşü gətirəcəyini düşünür.

Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN