Meditasiya nədir?

0
5989
Meditasiya nədir?

 Bir çox qərb dilində "dərin düşüncə" mənasını verən bu söz mistik mənada insanın daxili hüzuruna çatması, zehni boşalma və düşüncüləri durdura bilməkdir. Başqa cür desək, meditasiya tək və şəxsi məsələlər üzərində cəmlənməkdir.


Meditasyon tək bir mövzudan ilham alınaraq yeni təcrübələr öyrənmək üçün həyata keçirilir.

Burada ağıl və bədən sərbəstdir. Əsas məsələ sükunət içində qalmaq və diqqət toplanan məsələ ilə əlaqədar yeni hisslər almaqdır.

Meditasiya bir müalicə üsulu və alternativ tibb metodu deyil. Ancaq təmin etdiyi hüzur nəticəsində xəstəliklərin keçməsinə köməkçi olur. İmmunitet sistemini qüvvətləndirir.

Meditasiyanın həyatınıza müsbət təsirləri;

* İnsan özünü çox daha dinc və xoşbəxt hiss edər.

* Gündəlik həyatınıza tarazlıq gətirər.

* İş həyatında daha çox müvəffəqiyyət gətirər.

* Daimi meditasiya edildiyində insan içində olduğu sevinc və dincliyi ətrafına balanslı bir enerji yayar.

* Yuxu nizamlı hala gələr.

* Xəstəliklərə müsbət təsir edər.

* Fərqindəlik səviyyəsini artırar.


Meditasiya Edərkən İlk Diqqət Edilməsi Lazım Məqamlar;


* Sizi narahat edə biləcək bütün səslərin qarşısını alın (telefon, qapı zəngi vs)

* Özünüzə rahat bir mühit yaradın.

* Sizi rahat edəcək paltarlar geyinin.

* Musiqi, şam və büxur (yandırıldıqda ətir saçan qatran) sizin rahatlamağınız üçün faydalıdır.

* Bədəninizi boşaldın.

* Nəfəsinizi tutmayın, dərin dərin nəfəs almağa çalışın.

* Düşüncələrinizin içinə varmayın.

* Meditasiya dik oturularaq edilməsi lazımdır.

* Hər gün nizamlı edilməlidir.

ŞƏRH YAZIN