Termometrdən istifadə qaydaları

0
3649
Termometrdən istifadə qaydaları

 Bədən dili olmasaydı nə yalanlara inanardıq... bəlkə də həyatımız bütün bir yalan üzərində qurulardı. Amma bədən dili sayəsində, nə qədər etiraz edirlər etsinlər, bəzi əlamətlər onları ələ verər. Çünki kişilər yalan danışmaqda qadınlar qədər məharətli deyillər. 


1. Boğazı quruyursa – Sizdən gizlətdiyi bir şey varsa, bu, onu əsəbi edir. Vücudu da buna reaksiya verir və şübhəli vəziyyətə düşür. Bədən Dili İnstitunun Rəhbəri və “Düşündüyünüzdən daha çox şey deyirsiniz” kitabının yazarı Janine Driver deyir ki, “Sirri olan insan çox vacib bir şeyi itirmək qorxusu ilə yaşayır”. Yalan danışan insanın qida borusundakı əzələləri sıxlaşmağa başlayır və boğazı quruyur. 

Yalanını tutun – Danışanda həddindən artıq udqunması, boğazanın quruması ilə bağlıdır. Bu zaman söhbətin nədən getdiyinə fikir verin. Bu, sizə sirrinin nə ilə bağlı olduğu haqqında kiçik ipucu verə bilər.

2. Həddindən artıq izah edirsə - Sevgilinizin sizə gün ərzində harada və nə ilə məşğul olduğu ilə bağlı həddindən artıq məlumat verirsə, sizi çaşdırmasın. Əvvəlcə onun necə dürüst olduğunu düşünüb fəxr edə bilərsiniz. Amma əsl səbəb, özünü qorumaq və yalanı mümkün qədər ört-basdır etmək də ola bilər. 

Səhv etməyin – Sevgiliniz bir hekayəni çox bəzədib, şişirdib danışırsa, bunu təhlükə işarəsi kimi qəbul edin. Xüsusən də hekayəni danışarkən, susub fikrə getməsi, yalan danışmaq üçün vaxt qazanmağa çalışdığını bildirən əlamətdir. Kişilər çox zaman ən əhəmiyyətli hadisələri belə xatırlamır. Əgər ən əhəmiyyətsiz detalları belə xatırlayırsa, diqqətli olmaqda fayda var. 

3. Əlləri cibində dayanıbsa – Onun sizdən sirri olduğunu düşündüyüz zaman əlləri ilə nə etdiyinə fikir verin. Myers insanın bir şey gizlətdiyi zaman əlləri görünməyən yerə qoyduğunu, ya da bədənində dolaşdırdığını deyir. Məsələn, əllərini boynunun arxasına qoyan insan səhv etdiyi üçün özünü rahatlaşdırmağa çalışır.

Sizi yenə də xəbərdar edək – Bəzi kişilər isə divara söykənib dayanır. Sevgiliniz yorulduğu üçün də belə dayana bilər. Qısası, şübhələnməzdən əvvəl onu yaxşı tanıdığınızdan əmin olun.

ŞƏRH YAZIN