5 addımda yalanını anla!

0
5469
5 addımda yalanını anla!

 Heç şübhə etmədən kiməsə güvənirsiniz? Sizcə sizə yalan danışa bilməyəcək insan var? Heç kəsə sorğusuz sualsız güvənmək düzgün deyil. Çünki hər kəs yalan danışma qabiliyyətinə malikdir. Kimin üçünsə yalan danışmaq pis vərdişə, kimin üçünsə həqiqi bir qüsura çevrilib. Yalanla biz hər yerdə - ailədə, işdə, supermarketdə və s. rastlaşırıq. Hansısa bir yalanı qulaqardına vurmaq olar, amma bəzən bizə doğru və ya yalan danışıldığını sadəcə olaraq anlamaq gərəkdir. Yalanın göstəricilərini təyin etmək üçün həmsöhbətə diqqətlə baxıb və qulaq asırıq. 


Birinci addım
 
Zahiri (xarici) əlamətlər daha aşkar bilinəndir. İnsan üz cəhətdən dəyişir, onun qızarması, rənginin qaçması, kəkildəməsi, öskürməsi mümkündür. Əsəb (sinir) gülüşü, tərləməyin güclənməsi, tərin aşkar olunması görünə bilər. Həmçinin səsin tembri, danışığın sürəti dəyişə, səliqəsiz ton zahir ola bilər.

İkinci addım
 
Adətən əl-qol hərəkətləri də yalançını aşkar edir. Jestlər müəyyən hədəfi olmadan, sanki qeyri təbii daim vurnuxan (və ya təlaşda olan, qərarsız) və kiçik (qısa) olur. İnsan geyimini düzəltməyə, burnunu, qulağını, yanağını qaşımağa, dayanmadan saçlarını düzəltməyə, hər hansı bir əşyaları əlində dartışdırmağa başlayır.

Üçüncü addım
 
Yalançının üzündəki emosiyalar sizə deyə bilər ki, insan doğru olmayan bir şeyi danışmağa hazırdır. Sual verildikdən sonra ilk anda həmsöhbətin simasında həqiqi hisslər əks olunur. Üz özünü itirmə (çaşqınlıq), karıxma, hürkmə və şübhəni əks etdirə bilər. Elə bu zaman insan düzgünlüyünü inandırmağa çalışmaqla danışmağa və ya məsumluğunu sübut etməyə başlayır, diqqətli olmaq gərəkdir. Danışıq sürəti və ya əl-qol hərəkətləri yavaşıya bilər, bu da o deməkdir ki, insan həqiqətə oxşayan bir cavab tapmaq üçün bir neçə saniyə fikrə getdi (düşündü).

Dördüncü addım
 
Ünsiyət zamanı duruş (vəziyyət). Yalanı gizlətmək üçün insan, adətən müdafiə mövqeyini tutur, hansı ki, (bu mövqe) aqressiv də ola bilər. O, həmsöhbətini lovğa halda ittiham edərək, hücum edə (üstünə gedə) bilər. Yalançı həmsöhbətinin gözlərinə baxmamağa və yan tərəfdən - onunla üzbəüz dayanmadan yerləşməyə (mövqe tutmağa) çalışır. Və ya qəsdən bir pozada da (masaya dirsəklənmək, gülərək kresloya sərilmək) dura bilər. Və ya özü və həmsöhbətinin arasında forma cəhətdə özünü kənara çəkmək üçün hər hansı bir əşyaları yerləşdirməyə çalışmağa cəhd edəcək. 

Beşinci addım
 
Yalançının ifadə (və ya izah) ardıcıllığı da naqisdir. Nə isə bir şey haqqında danışarkən hərəkəti (və ya hadisəni) bir ardıcıllıqla izah etməyi bacara bilər. Əgər uyğunsuz şəkildə - zamanın müxtəlif kəsimlərindən ona sual verildikdə, dolaşığa düşməyə, çaşmağa başlayır, yeni təfərrüat düşünüb tapmağa çalışır.

ŞƏRH YAZIN