Artıq Heç Kim Sizə Yalan Söyləyə Bilməyəcək.

0
2450
Artıq Heç Kim Sizə Yalan Söyləyə Bilməyəcək.

ABŞ-lı hipnoterapiyaçı David J.Lieberman elə taktikalar verir ki, artıq sizə yalan söyləyəcək adam iki dəfə düşünmək məcburiyyətində qalacaq.

David J.Liebermanın araşdırmalarına görə, birinin yalan söyləyib söyləmədiyini aşağıdakı ipucları ilə başa düşə bilərsiniz:
-Yalan söyləyən insan göz təmasından qaçır, göz-gözə gəlməmək üçün əlindən gələni edər.
-Yalan söyləyən, ya da bir doğrunu gizlədən insan əllərini və qollarını da az istifadə edir.
-Sual verilən zaman əlləri qapanırsa və ya ovucları aşağı enmiş vəziyyətə gəlirsə bu yalanın ya da aldatmanın siqnalıdır.
-Əllərini üzünı ya da boyununa doğru apara bilər, amma bədəni ilə təması sadəcə bu qisimlərlə limitli qalır.
-Verdiyi cavab səbəbi ilə içinin rahat olduğunu göstərməyə çalışan insan qeyri-ixtiyari şəkildə çiyinlərini çəkər.
-Yalan deyən insanın əl-qol hərəkətləri ilə dediyi sözlər arasında zamanlama xətası vardır. Baş hərəkətləri mexanikdir. 
-Təəccüblənmiş, qorxmuş ya da xoşbəxtmiş rolu oynayırsa, üzündə meydana gələn ifadə ağız bölgəsi ilə limitli qalacaqdır.
-Yalan söyləyən insan ayaq üstündə durarkən ya da oturan zaman söhbət vaxtı belini kürəyini dik  tutmaz. 
-Onu ittiham edən insandan uzaqlaşmaq istəyi ilə, adətən, baxışlarını qapıya tərəf çevirir.
-Danışdığı insanla ya çox az fiziki təmas qurar ya da heç qurmaz.
-Şüuraltından sızan gerçək  duyğular, düşüncələr və niyyətlər dil sürüşmələri şəklində ortaya çıxar.
-Qarşısındakı adam danışdığı hekayəyə inana qədər artıq məlumat verməyə davam edər.
-Suallara heç vaxt birbaşa cavab verməz, dolayı yollarla inandırmağa çalışar.
-Yalan danışan adam “mən, biz və bizim” kimi əvəzliklərdən ya çox az istifadə edər, ya da heç istifadə etməz.
-İstifadə etdiyi kəlimələr açıq və dəqiq olmaya bilər.
-Soruşulan suala nisbətən artıq reaksiya göstərir.
-Yalan danışan insan, bütün suallarınıza cavab verə bilər amma özü sizə sual verməz.
David J.Libermanın araşdırmalarına görə, yalan danışan insan, mövzu dəyişdirilən vaxt rahatlayar və gərginliyi azalar. Yalançı insanları tanıçağın digər yolları da bunlardır:
-Haqsız yerə günahlandırıldığına əsəbləşməz.
-“Düzünü desək”, “dürüst olmaq lazımdırsa” və “niyə yalan danışım ki” kimi cümlələrdən istifadə edər.
-Sualı əvvəlcədən düşünmüş və cavabını hazırlamışdır.
-Sualınızı təkrar etməyinizi istəyər, ya da suala sualla qarşılıq verər.
-Söhbətinə “səhv başa düşməyini istəmirəm, amma” kimi bir cümlə ilə başlayar.
-Daha ətraflı açıqlamaya ehtiyacı olan mövzuları adi bir şey imiş kimi danışar.
-Hekayəsi o qədər inanılmazdır ki, sırf buna görə də inanarsınız.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN