Bədən Beyni İdarə Edə Bilərmi?

0
1787
Bədən Beyni İdarə Edə Bilərmi?

Sizcə bədən beyni idarə edə bilərmi? Bədənimizin beynimizlə sıx bağlılığı olduğundan bədən daxilimizdə emosiyaları biruzə verir. Bəs ,görəsən, düşüncələrimizi və hisslərimizi dəyişmək üçün bədənimizdən bir vasitə kimi istifadə edə bilərikmi? 

Sosial psixoloq Ami Kadiyə görə, bu suala “Bəli” cavabını vermək olar. Həkim Kadi və onun həmkarları güclü və özündən əmin insanların “bədən dili” ni araşdırmış və alınan nəticəni zəif , özünə inamı aşağı olan insanlarınkı ilə müqayisə etmişlər. O öyrəndi ki, özünə inamlı insanların bədən ifadələri böyük və açıqdır. Eyni zamanda çox yer tuta bilir. Bu elə bir şeydir ki, Kadi bunu “ Güc quruluşu” adlandırır. Özünə inamı aşağı olan insanlarda isə bunun əksi müşahidə edilir. O, güclü və inamlı insanlarin hormon səviyyələrini də araşdırmiş və nəticədə belə insanlarda testosteronun (güc və enerji ilə bağlıdır) səviyyəsinin yüksək, kartizolun isə (stresin az olduğunu təmsil edir) aşağı olduğunu müəyyənləşdirmişdir. Zəif və özünə inamı az olan insanlarda isə bunların əksi müşahidə olunur, onlarda testosteronun  miqdari az, kartizolun miqdarı isə çox olur. Lakin buradakı heyranedici bir faktı da vurğulamaq lazimdir: 

Həkim Kadi müəyyən etdi ki, istənilən bir adamı 2 dəqiqəlik “güclü vəziyyətə” gətirdikdə onda testosteronun miqdari artır, kartizolun miqdarı isə aşağı enir və beləliklə də, həmin şəxs özünü daha əmin və az stresli hiss edir.  İstənilən bir adamı aciz bir vəziyyətə gətirdikdə isə testosteronun səviyyəsi düşür, kartizolunkiı isə qalxır. Odur ki, həmin adam özünü daha az əmin, daha çox stresli hiss edir. Burada onun göstərmək istədiyi odur ki, bədənin vəziyyətini dəyişərək biz həqiqətən də düşüncələrimizi və hisslərimizi dəyişə bilərik. 

Bəs bu bizim üçün nə deməkdir? Bu, o deməkdir ki, sadəcə bədən vəziyyətini dəyişməklə biz  bir dəqiqə ərzində özümüzü inamlı və güclü hiss edə bilərik. Odur ki, gələn dəfə əgər sizin vacib müsahibəniz varsa və ya böyük bir auditoriya qarşısında nitq söyləməyə hazırlaşırsınızsa, o zaman ilk olaraq 2 dəqiqəlik özünüzü güclü vəziyyətə gətirin. Siz bunu öz ofisizində, vanna otağında, bağlı qapılar arxasında da edə bilərsiniz və bu, həqiqətən də, sizin çıxışınızda böyük bir fərq yaradacaq. Bu, bütün növ fikirlər və hisslər üçün işə yarayır. Əgər özünüzü inamlı hiss etmək istəyirsinizsə, o zaman bədəninizi də əmin mövqeyə gətirin. Ya qollarınızı havaya qaldırın, ya əllərinizi başınızın arxasına qoyun, hətta əyləşib ayaqlarınızı masanın üzərinə belə uzada bilərsiniz. Fakt budur ki, siz mənəvi halınızı bədəninizdən istifadə edərək dəyişə bilərsiniz. 
 
Korrekə etdi: Salmanlı Ayna
 

ŞƏRH YAZIN