Bədən Çəkisinin Şəxsiyyətlə Əlaqəsi

0
4173
Bədən Çəkisinin Şəxsiyyətlə Əlaqəsi

50 il davam edən araşdırmaların nəticəsində şəxsi xüsusiyyətlərin çəki almağa necə təsir etdiyi ortaya çıxdı.Adətən, daha çox nevrotik və dürüst olmayan xarakterli insanlar, həyatları boyunca artıq çəki alıb-vermə mövzusunda gəl-get yaşayarlar. 

Araşdırmaçılar implusivliyin artıq çəki almağın ən güclü ünsürü olduğunu müəyyən etmişlər. Araşdırma heyətindən National İnstitute of Aging (Beynəlxalq Yetkinləşmə İnstitutu) həkimi Angelina R.Sutinə görə “Bu şəxsi xüsusiyyətlərə sahib olan insanlar çətinliklər və ya maneələr qarşısında asanlıqla təslim olmağa meyllidirlər. Sağlam çəkidə qalmağı davam etdirmək üçün sağlıqlı bir pəhriz proqramı və davamlı yerinə yetirilməsi lazım olan fiziki çalışmalar da edilməlidir ki, hər ikisi də məsuliyyət və dayanıqlılıq tələb edir”.
 
National İnstutite on Aging araşdırmaçıları 1988 iştirakçıdan ibarət uzun müddətli bu çalışmada, şəxsiyyətin çəki və bədən kütlə indeksi ilə olan əlaqəsini müəyyənləşdirmək üçün də çalışmalar apardı.
 
Araşdırmaların nəticələri Journal of Personality and Social Psychology (Şəxsiyyət və Sosial Psixologiya Jurnalı)`da yayınlandı. Mütəxəssislər bu çalışmanın şəxsiyyətlə zamanla artıq çəki alıb- vermək arasındakı əlaqəni araşdıran ilk çalışma olduğunu söyləyirlər.
 
İştirakçılar sağlam və yüksək təhsilə sahib olan insanlardan ibarət olmaqdadır, orta təhsil illəri 16,53 ildir. İştirakçıların 71%-i ağ irqdən, 22%-i qara irq və 7%-i digər irqlərdən olmaqla bərabər iştirakçıların 50%-ni qadınlar  təşkil edir.
İştirakçların çəkiləri zaman-zaman ölçüldü.Ümumilikdə 14,531 dəyərləndirmədən ibarət olan 50 illik bir çalışmadan nəticələr əldə olundu. 
 
Hər fərd üçün, yaş irəlilədikcə çəki almağın yavaş-yavaş artmağa meylli olduğu ortaya çıxdı. Lakin araşdırmaçılar daha artıq çəki almağın risk almaqdan zövq alan, əks davranışlar sərgiləyən- xüsusilə şübhəçi, rəqabətcil və aqressiv şəxslərdə daha çox olduğunu sübut etdilər.
 
Sutinə görə “əvvəlki çalışmalar fövri davranan insanların artıq yemək yeməyə və alkoqol istifadə etməyə daha meylli olduqlarını göstərdi. Bu cür davranışlar zamanla artıq çəki almağa da səbəb olur”. 
 
Sutinə görə “Şəxsiyyət xüsusiyyətlərindən çəki almağa gedən yol qarışıq və böyük ehtimalla fizioloji mexanizmlərla  birlikdə davranış mexanizmlərini də əhatə edir”.
 
Tərcümə edən:Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN