Bədən Dili

0
4710
Bədən Dili

Gün ərzində tək söz belə demədən izah etdiyimiz və hardasa hər sözü,istifadə etdiyimiz hər cümləni şüurlu və yaxud da qeyri-iradi şəkildə simvolik kodlarla mənalandırdığımız və insanlarla qurduğumuz ünsiyyət zamanı istifadə etdiyimiz bir dilimiz də var:Bədən Dili.

İnsanı digər canlılardan ayıran ən mühüm xüsusiyyət simvolik kodları meydana gətirməsi ilə bərabər onları mənalandıra bilməsi və müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək istədiklərini, duyğu və düşüncələrini digər insanlara köçürə bilməsidir. Sözsüz ünsiyyətin ən mühüm hissəsini təşkil edən vizual kodların istifadəsi ünsiyyətin tarixi qədər qədimdir.

İnsanlar şifahi və yazılı ünsiyyət vasitələri ilə bərabər bədən dili vasitəsilə də öz yaşadığı duyğu və coşqunu, sevinc və kədəri əks etdirərək ünsiyyət qurmaqdadır.Müəlliminizlə danışarkən, rəhbərinizin otağında, avtobus dayanacağında və bir çox digər yerlərdə insanlarla qarşılıqlı ünsiyyətdə olduğumuz hər an iradi və yaxud da qeyri-iradi olaraq qarşımızdakı insanlara şifahi olaraq özümüzü ifadə etməklə yanaşı bədənimizi də istifadə edərək ünsiyyət qururuq. Fərdlərarası üz-üzə ünsiyyətdə məkan, səs tonu, jestlər, mimikalar, bədənimizin duruşu bizim ünsiyyət ətrafımızı təyin etməmizdə və anlamanın ortaya qoyulmasında hər zaman təsirli olmuşdur.

Qarşımızdakı insanların içində olduğu vəziyyəti anlaya biləcəyimiz və insanlar tərəfindən mədəni fərqliliklərə baxmayaraq eyni mənaları daşıyan (xoşbəxtlik, qorxu, hirs, qarışıqlıq və s.) duyğusal məlumatı xaricə ötürməni təmin edən təməl hərəkətlər olsa da, istifadə edilən bədən dili baxımından fərqlilik ifadə etməkdədir.Başqa sözlə,hər bir cəmiyyətin mədəniyyətində istifadə etdiyi bədən dili, onun istifadə formaları müxtəlifdir.

Niyə bədən dili?

1.Başqaları üzərində müsbət bir təsir yaradaraq məqsədimizə çatmaq;

2.Qarşımızdakıları daha yaxşı anlayaraq təsirli bir ünsiyyət qurmaq;

3.Öz bədən hərəkətlərimizə nəzarət edərək ictimai mühitə daha tez uyğunlaşmanı təmin etmək;

4.Başqalarının əslində nə söyləmək istədiyini anlamaq.

Bəzən bir hərəkət min sözə əvəzdir.Biri ilə ünsiyyət qurduğumuzda söylədiklərimiz nə qədər əhəmiyyətlidirsə,hərəkətlərimizlə(əl,qol hərəkətləri,mimikalar,toxunma,bədənin vəziyyəti)o adamda buraxdığımız təəssürat da o qədər əhəmiyyətlidir.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN