Bədən dili ilə sevgisini anlayın!

0
5594
Bədən dili ilə sevgisini anlayın!

 Bəzi kişilər hisslərini biruzə verməyi sevməzlər. O zaman iş qadınlara düşür. Qadınlar onları bədən dilindən anlamalıdır. Kişilərin qarşımızda necə davrandıqlarına baxaraq onları tanımağa və dolayısı ilə anlamağa çalışacağıq.


Sevgilinizin görüş zamanı davranışlarını analiz edin. Əlləri, baxışları, qaşları və mimikası onu ələ verir. Sevən kişini başa düşmək üçün onun sizə necə münasibət göstərdiyinə baxmaq lazımdır. Baxaq görək sevgiliniz sizi həqiqətən də sevirmi? Bu da kişilərin bədən dili.

İlk etapda sevgilinizin baxışlarını araşdırın. Kişilərin bədən dilində baxışlar böyük rol oynayır. Onu baxışlarına baxaraq anlamağa çalışacağıq.
 
Sizə necə baxır? Gözlərinizin içinə davamlı, gözünü çəkmədən baxırsa bu,onun özünə olan arxayınlığın göstəricisidir. Yəni sizə olan yaxınlaşmanın uğurlu olmasına görə özünə tam güvənib. Təbii bu halın tərsi də ola bilər. Əgər söhbət zamanı özünü başqa şeylərə yonəldirmiş kimi göstərirsə özünə olan güvəninin az olduğunu, buna görə də gərgin olduğunu, amma sizdən xoşu gəldiyi üçün gərginlik yaşadığını düşünə bilərsiniz.

Gözlərini gözlərinizdən qaçırması hər zaman sizdən xoşu gəlmədiyi anlamına da gəlməz. Gözlərinizə baxmaması və ya da tamamilə üzünü başqa yerə çevirməsi saxtakarlığını örtmə istəyindən də irəli gələ bilər.

Diqqətli olun!

1. Ovcunu açmaq.
 
Sizinlə danışarkən sevgilinizin əl hərəkətlərini təqib edin. Ovuc içini göstərirsə duyğularından əmin ola bilərsiniz. Bu hərəkəti edən insan qarşısındakına açıq ürəklə yaxınlaşmaq istəyindədir və ona daha dərin bir bağlarla bağlanmağı planlaşdırır. Əslində əlini açaraq sizə qəlbini də açdığını göstərmək istəyir.

2.Başını əyərək baxmaq.
 
Qarşınızdakı kişinin sizə qarşı duyduğu eşqin bitib-bitmədiyini göstərən ən net işarə bu baxışdır. Başını sağ və ya sol tərəfə əyərək baxması sizə olan heyranlığını göstərir. Bu bir az məsum bir baxışdır. Sevgilinizin zərərsiz bir insan olduğunu və sizə yaxınlaşmaq istədiyini göstərir. Ancaq bu bilərəkdən edilən bir hərəkət deyildir. Ürəyindən belə gəlir. Bu hərəkət içinizdəki qadınca hisləri hərəkətə gətirər.

3.Tək qaşını qaldırmaq.
 
Sevdiyinizlə qarşılaşarkən kişinin qaşını qaldıraraq baxması çox təbiidir. Mimikasını tutmaq üçün onu diqqətlə izləməlisiniz. Çünki bu qaş-göz hərəkətləri təbii ki, müəyyən bir anlıqdır.
Sevdiyiniz və ya həyat yoldaşınızın sevgi sözləri sizə qane etmirsə nə etməliyik?

Təbii ki, onun sevgisini daha çox dilə gətirməsi üçün məcbur etmək çarə deyildir. Çünki əlindən gələn bu qədərdir. Ancaq bəzən hərəkətlər sözlərdən daha təsirli olur. Onun davranışlarına fikir verin və bu hərəkətləri görməyə çalışın. Qarşınızdakı kişinin sizə qarşı duyduğu hisləri hərəkətlərindən anlayın.

ŞƏRH YAZIN